Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orban: Rusiya NATO-nu təhdid etmir, lakin Ukraynada bufer zona olmalıdır
Orban: Rusiya NATO-nu təhdid etmir, lakin Ukraynada bufer zona olmalıdır

NATO ölkələri Rusiyanın hücum təhlükəsi altında deyil, amma Ukraynada onların arasında bufer zonası olsa, daha yaxşı olardı.

Bizimyol.info xəbər verir ki, bu fikri Macarıstanın baş naziri Viktor Orban Avstriyanın keçmiş kansleri (2000-2007-ci illər) Volfqanq Şussellə söhbətində Avropanın yeni ingilisdilli “European Voices” jurnalında dərc olunan və Macarıstan mətbuatında yer alan söhbətində bildirib.

“Rusiyanın NATO üzvü olan ölkəyə hücumu təhlükəsi yoxdur”, - deyə Orban bildirib. Ukraynadan danışarkən o, həmçinin qeyd edib ki, Rusiya heç vaxt bu ölkənin NATO-ya daxil olmasına razı olmayacaq, çünki bu, alyansın Rusiya sərhədlərinə yaxınlaşması demək olacaq.

Macarıstanın baş naziri siyasi xəritəyə baxmağı təklif edib və bildirib ki, Rusiyanın bilavasitə qonşusu olan Ukrayna üçün “təhlükəsizlik zəmanəti ilə bufer zonası” yaratmaq ideal olardı, çünki bu baş verməsə, ukraynalılar öz ölkələrini itirə bilərlər.

Şussel onunla razılaşmayaraq Qərbin Ukrayna ilə nəinki Avropa Birliyinə, həm də NATO-ya daxil olmaq barədə dərhal danışıqlara başlamalı olduğunu əsas gətirdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »