Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Taksi sürücülərinə "növbəti" zərbə: Yaşı 15 ildən yuxarı avtomobillər taksi ola bilməyəcək
Taksi sürücülərinə "növbəti" zərbə: Yaşı 15 ildən yuxarı avtomobillər taksi ola bilməyəcək

Taksilərin sayı sürətlə azaldılır. Rəqəmsal İnkişaf və Nəqliyyat nazrinin müavini Rəhman Hümmətov 7 min sürücünün işsiz qalmasını fəxrlə bildirmişdi. Nazir müavini daha 40 min taksinin fəaliyyətini dayandıracağını demişdi. İndi bu istiqamətdə qəti addımlar atmaq qərarına gəliblər. Taksi minik avtomobillərinə dair yeni tələblər müəyyənləşib. Belə görünür ki, indi işləyənlərin əksəri tamamilə işsiz qalacaq. Çünki tələblər kifayət qədər sərtdir.

Bizimyol.info xəbər verir ki, yeni tələblər iyulun 1-dən qüvvəyə minir. Taksilər yalnız ağ və qırmızı rəngdə olacaq. Avtomobillərin ən azı “avro-5” ekoloji standartına uyğun olması tələb edilir. Maşınların üzərində taksi olduğunu bildirən uyğun nişan görünməlidir. Taksilərdə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalıdır. Ən əsası isə dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən nəqliyyatı vasitələri sərnişin daşımalarında istifadə oluna bilməz.

Gördüyünüz kimi, şərtlər yetərincə sərtləşdirilib. Son islahatlardan əvvəl ölkədə azı 67 min avtomobilin taksi fəaliyyəti göstərdiyi məlum idi. Hələ bölgələrdə heç bir qeydiyyatsız işləyənlər nəzərə alınmırdı. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlyinin rəhbərliyi sayı 20 minə qədər azaldacağını deyirdi. Görünür, məsələni kökündən həll etmək qərarına gəliblər.

İndi nə baş verəcək? Minlərlə insan işsiz qalacaq. Bu həm də onminlərlə insanın ac qalması deməkdir. 50-60 min sürücüyə iş tapılmayacaq. Onsuz da taksilərin sayını azaltmaq planı var idi. Deməli, say yenə də çox olmayacaq.

Bəs bu adamlar necə dolanacaq?

Evə necə çörək aparacaqlar? Bunu düşünən var?

Şəhərdə nə qədər “Prius” gözə dəyir. İndi onların da taleyi qaranlıq qalır. Üstəlik, avtomobilinin yaşı 15 ili keçən sürücülər ağır zərbə almış olur. Onlar daha maşınlarından çörəkpulu qazanmaq üçün istifadə edə bilməyəcəklər. Qərarı verəndə insanların problemlərinin həll yolunu da düşünmək lazım idi. Yeniliklər paytaxtda tıxacları azaltmaq məqsədi güdə bilər. Amma insanları ac qoymaq insafdan deyil.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »