Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Donald Tramp İncil kitablarını onlayn satmağa başlayıb - Video
Donald Tramp İncil kitablarını onlayn satmağa başlayıb - Video

Noyabrda ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından kifayət qədər nümayəndənin səsini qazanaraq namizədliyini təmin edən keçmiş ABŞ prezidenti Donald Tramp, ona qarşı açılan cinayət işlərdə aldığı cərimələrlə üzləşdiyi bir vaxtda internet vasitəsilə İncil satışına başlayıb.

Bizimyolşinfo "trthaber"ə istinadən xəbər verir ki, Tramp özünün "Truth Social" sosial media hesabında yayımladığı videoda seçicilərini İncil almağa çağırıb.

Tramp yazısında bu həftə qeyd olunacaq “Xeyirli Cümə” və “Pasxa” bayramlarına işarə edərək deyib: "Müqəddəs Həftəniz Mübarək! Gəlin Amerikada yenidən ibadət edək. Yaxşı Cümə və Pasxa bayramlarına yaxınlaşdıqca, mən sizi Allah Müqəddəs Kitabının nüsxəsini almağa dəvət edirəm", - deyib.

Tramp paylaşımında yayımladığı videoda: “Bütün amerikalıların evlərində Müqəddəs Kitaba ehtiyacı var, çoxları kimi mənim də var. Bu mənim sevimli kitabımdır. Mən sizi bu Müqəddəs Kitabı almağa təşviq etməkdən qürur duyuram”, - deyib.

Trampın satın alınması üçün yönləndirdiyi internet saytında İncil 59,99 dollara satılır.

İnternet saytında dizaynının Trampı kampaniya mitinqlərində dəstəkləyən xalq musiqisi sənətçisi Li Qrinvudun "Allah ABŞ-ı qorusun" mahnısından ilhamlandığı bildirilən və üz qabığında ABŞ bayrağı olan kitabdan bəhs edilir.

Bildirilir ki, "İncil" alanlara ABŞ Konstitusiyası, Hüquqlar Bəyannaməsi, Müstəqillik Bəyannaməsi və Sədaqət əhdini ehtiva edən bukletlər də göndəriləcək.

Digər tərəfdən, Tramp internet üzərindən İncil sataraq son aylarda mühakimə olunduğu E.Jean Carroll adlı qadına ödəyəcəyi təzminat və daşınmaz əmlak sektoru dələduzluğu işində kəsilən cərimə səbəbindən maddi sıxıntı içində olduğu bildirib.

Yazıçı Kerroll, Trampın 1996-cı ildə ona təcavüz etdiyi iddiası ilə açdığı iddialar nəticəsində yanvarın 26-da cəmi 88,3 milyon dollar təzminat almaq hüququ qazanmışdı. Tramp qərardan şikayət edib, lakin proses davam edərkən məhkəməyə 92 milyon dollar zəmanət verməli olub.

Ayrı-ayrılıqda mühakimə olunduğu "Əmlak sənayesində fırıldaqçılıq" iddiasına görə 454 milyon dollar cərimə cəzasına məhkum edilən Trampdan apellyasiya prosesi üçün də ən azı 175 milyon dollar girov tələb edilib, əks halda ona əmlakının müsadirə olunacağı barədə xəbərdarlıq edilib.

Tramp daha əvvəl seçki kampaniyası çərçivəsində ianə toplamaq üçün öz internet saytında satışa astronavt, kovboy və super qəhrəman personajlarının yer aldığı idman ayaqqabısı və oyun kartları kimi əşyalar təklif etmişdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »