Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Havalandırma, işıq, su sistemi aktiv yeraltı parkinqlərin saxlanılma şəraiti ağırdır və xərc tələb edir"
"Havalandırma, işıq, su sistemi aktiv yeraltı parkinqlərin saxlanılma şəraiti ağırdır və xərc tələb edir"

Bir neçə gündür ki, şəhərdə parklama qiymətlərinin bahalaşması "dalğa"sı başlayıb. “Qış Parkı”, “Azadlıq Meydanı” və s. ərazilərdə parklama qiymətləri demək olar ki, 2 dəfə bahalaşıb. Məsələn, “Qış Parkı”nda qiymətlər bir ay üçün 120 manat olaraq təyin edilib.

Nəqliyyat məsələləri üzrə eskpert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, digər parkinqlərdə qiymətlər çox bahadır və bu da sosial şəbəkələrdə də insanlar tərəfindən narazılıqla qarşılanır. Ekspert bildirib ki, yeraltı parkinqlərin idarə edilməsi də çox çətin bir məsələdir.

Elməddin Muradlı Elməddin Muradlı

Elməddin Muradlı vurğulayıb ki, yeraltı parkinqdə azı 50-yə yaxın havalandırma sistemi, eyni zamanda qurunt sularının oradan kənara atılması üçün sistemlər, işıq sistemi, su sistemi aktivdir və mühafizə sistemi işləyir. Hər gün orada çox sayda insanlar çalışır.

“Bu qəbildən yanaşanda görünür ki, bir növ ziyana işləyirlər. Araşdırılma aparılıb və belə qərar verilib ki, qiymətlər tənzimlənməlidir.

Bu gün tətbiq edilən qiymətlər yalnız bununla bağlıdır. Bu gün həmin ərazidə aparılan müşahidələr də göstərir ki, həqiqətən həmin park ərazilərinin saxlanılması çox ağır şərtlərlə mümkündür. Bakının relyefini hamı bilir. Bundan irəli gələn bir məsələ kimi də deyə bilirik ki, həqiqətən oradakı vəziyyətə tam nəzarət etmək çox xərc aparan bir məsələdir və bu qiymətlər onunla bağlı tənzimlənib”-deyə ekspert vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »