Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden son sorğularda Trumpdan bir qədər üstün olub
Bayden son sorğularda Trumpdan bir qədər üstün olub

ABŞ-ın Quinnipiac Universitetinin keçirdiyi sorğuda ABŞ prezidenti Co Bayden keçmiş ABŞ lideri Donald Trampı bir az qabaqlayıb.

Bizimyol.info xəbər verir ki, iki namizəd arasında seçim etmək istənildikdə, Baydeni respondentlərin 48%-i, Trampı isə 45%-i dəstəkləyib.

Digər namizədlər sorğuya daxil edildikdə, Tramp iştirakçıların 39%, Bayden 38%, müstəqil namizəd Robert Kennedi kiçik 13%, Yaşıllar Partiyasının namizədi Cill Stein 4%, müstəqil namizəd Kornel Uest isə 3 % səs toplayıb.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp artıq Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd kimi irəli sürülmək üçün lazımi sayda nümayəndə səsini toplayıb. İkinci müddətə namizədliyini irəli sürən hazırkı dövlət başçısı Co Bayden Demokratlar Partiyasından kifayət qədər sayda nümayəndənin dəstəyini qazanıb.

Qeyd edək ki, dörd il əvvəl Baydenin ən yüksək dövlət vəzifəsinə yenidən seçilmək istəyən Trampı məğlub etmişdi və qarşıdan gələn seçkilərdə də mübarizənin həmin namizədlər arasında gedəcəyi proqnozlaşdırılır.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »