Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bağanıs Ayrım qətlaimının dəhşət dolu tarixçəsi
Bağanıs Ayrım qətlaimının dəhşət dolu tarixçəsi

Ələ keçirilərək yandırılan Bağanıs Ayrım kəndi Qazax rayonunda Ermənistanın işğalçı siyasətinin ilk qurbanlarından biri olub. Bağanis Ayrım İcevan-Noyemberyan avtomobil yolunun kənarında yerləşir. Ermənistan rahat gediş-gəlişi təmin etmək üçün kəndin işğalı üçün xüsusi plan hazırlayıb.

1990-cı il martın 24-də gecə saat 3 radələrində Ermənistan Respublikasının Noyemberyan rayonunun Bağanis kəndinin bir qrup silahlı erməni sakini Qazax rayonunun Bağanis Ayrım kəndini iriçaplı silahlardan, avtomatlardan, pulemyotlardan və qumbaraatanlardan intensiv atəşə tutub. Təxminən saat 08:00 radələrində müxtəlif avtomaşınlarla - “Ural”, “UAZ”, “Kamaz”, “Qaz-53” markalı avtomobillərlə kəndə daxil olaraq kənd sakinlərinə evlərində və küçədə atəş açıblar.

Silahsız yerli sakinlər qonşu kəndlərə və meşələrə qaçmalı olublar. Erməni qəsbkarları onların evlərini qarət etməyə, qaçan sakinləri təqib edərək diri-diri yandırmağa başlayıblar. Yeddi kənd sakini ağır işgəncələrə məruz qalaraq tonqala atılıb. Yananlardan ən kiçiyi 39 günlük körpə, ən böyüyü 75 yaşlı qoca Dadaş Əsliyevdir. Daha 2 nəfər güllələnib. Bu faciə zamanı 100 evdən 17-si yandırılıb, 11-i talan edilib.

Həmin dəhşətli hadisələrin şahidi Səməd Ocaqverdiyevin sözlərinə görə, 5 nəfərdən ibarət Əsliyevlər ailəsi və bir kənd sakini diri-diri yandırılıb, polis serjantı və Məcid adlı polis də öldürülüb. Bundan başqa, ermənilər kənd sakini Əliməmmədi Məhərrmovu da yandırıblar. Dadaşın ailəsi bıçaqlanaraq tövlədə yandırılıb. Sovet əsgərləri kənd camaatının müdafiəsi üçün qəsdən heç bir addım atmayıblar.

Ermənilərin Bağanis Ayrım kəndinə və dinc əhaliyə hücumu nəticəsində aşağıdakılar həlak olub:

Əsliyev Dadaş Bayram oğlu, 1915-ci il təvəllüdlü;

Əsliyeva Pakizə Qulu qızı, 1927-ci il təvəllüdlü;

Əsgərova Havaxanım Dadaş qızı, 1959-cu il təvəllüdlü;

Adıgözəlova Aliyə Dadaş qızı, 1963-cü il təvəllüdlü;

39 günlük körpə (ona ad qoymağa imkan tapmayıblar).

Adıgözəlov Hafiz Ramiz oğlu, 1942-ci il təvəllüdlü;

Məhərrəmov Əliməmməd Gülməmməd oğlu, 1942-ci il təvəllüdlü;

Əhmədov Məcid Oktay oğlu, 1965-ci il təvəllüdlü, Qazax RPŞ-nin polis əməkdaşı.

Ermənilər Pakizə Əsliyeva, Dadaş Əsliyev, Hafiz Adıgözəlov, Əliməmməd Məhərrəmov ilə birlikdə Aliyə Adıgözəlovanın və Havaxanım Əsgərovanın qarın boşluğunu kəsib, daş və çınqılla örtüblər.

Başqa xeyli belə zərərçəkənlər və dəhşətli faktlar var.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »