Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"WhatsApp"a süni intellektlə dəstəklənən foto redaktə aləti gəlir!
"WhatsApp"a süni intellektlə dəstəklənən foto redaktə aləti gəlir!

"WhatsApp" süni intellektlə işləyən foto redaktə aləti üzərində işləyir. Yeni funksiya fonun dəyişdirilməsi də daxil olmaqla bir çox yeniliklər təqdim edəcək.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, süni intellekt tərəfindən dəstəklənən xüsusiyyətlər indi sosial media platformalarında tez-tez istifadə olunur. Şirkətlər hər gün platformalara yeni süni intellekt xüsusiyyətləri gətirirlər. "İnstagram", "Facebook və "WhatsApp"ın daxil olduğu "Meta" onlardan biridir.

Bu gün "Meta"nın "WhatsApp"da istifadəçiləri çox sevindirəcək bir xüsusiyyət üzərində çalışdığı məlum olub. Yeni süni intellekt funksiyası fotoşəkilləri redaktə etmək üçün faydalıdır. Xüsusiyyət "WABetaInfo" tərəfindən proqramın Android versiyasının beta versiyasında, kodu 2.24.713-də aşkar edilib.

"WABetaInfo" bizə yeni süni intellekt alətinin nə təklif edəcəyini göstərən ekran görüntüsünü də təqdim edir. Şəkildən, fotoşəkil göndərilərkən görünən redaktə ekranında funksiyanın istifadə oluna biləcəyi və bizə 3 fərqli variant təqdim edəcəyi görülə bilər.

Süni intellekt aləti "WhatsApp"da paylaşdığınız şəkilləri tamamilə dəyişməyə və onları daha da yaxşılaşdırmağa imkan verəcək. Birinci seçim sizə fonu istədiyiniz kimi dəyişmək imkanı verir. İkincisi, fotoşəkilin üslubunu dəyişdirməyə kömək edir. Süni intellektin son xüsusiyyəti genişlənmədir. Bu o deməkdir ki, bütün təsvir genişləndirilə bilər. Bu da, ölçü problemi olanlar üçün çox faydalı ola bilər.

"Webtekno" bildirib ki, "WhatsApp"da fotoşəkil təcrübəsini fərqli bir səviyyəyə daşıyacaq süni intellekt tərəfindən dəstəklənən redaktə xüsusiyyətləri hazırda sınaq mərhələsindədir: "Nə vaxt geniş yayılacağını bilmirik. Yeni məlumatlar əlçatan olduqda sizinlə paylaşacağıq", - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »