Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peskov: "Rusiya ərazisinin bir hissəsi faktiki olaraq Kiyev rejimi tərəfindən işğal olunub"
Peskov: "Rusiya ərazisinin bir hissəsi faktiki olaraq Kiyev rejimi tərəfindən işğal olunub"

"Rusiya ərazilərinin bir hissəsi indi faktiki olaraq Kiyev rejimi tərəfindən işğal olunub, yeni bölgələri azad etmək və oradakı insanları qorumaq lazımdır".

Bizimyol.info xəbər verir ki, bunu ölkə mətbuatına müsahibəsində Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bizim Federasiyanın dörd yeni subyekti var. Bizim üçün əsas məsələ bu subyektlərdəki insanları qorumaq və hazırda Kiyev rejimi tərəfindən faktiki olaraq işğal olunmuş bu subyektlərin ərazisini azad etməkdir", - deyə Kreml nümayəndəsi müsahibəsində deyib.

Nəşr qeyd edib ki, Kreml nümayəndəsi onu da əlavə edib ki, Rusiya öz sərhədlərində Donbass və Novorossiya ərazilərini nəzərə almasaq, Krımı ondan almaq üçün hər hansı üsullardan istifadə etmək niyyətində olan bir dövlətin olmasına icazə verə bilməz.

Peskov deyib ki, Rusiya hazırda müharibə vəziyyətindədir, bunu hamı başa düşməlidir: “Biz müharibə vəziyyətindəyik. Bəli, bu, "xüsusi hərbi əməliyyat" kimi başlayıb, amma orada bu qruplaşma yaranan kimi, kollektiv Qərb Ukrayna tərəfində bunun iştirakçısına çevriləndə bizim üçün bu, artıq müharibəyə çevrildi. Mən buna əminəm. Bunu hər kəs öz daxili səfərbərliyi üçün başa düşməlidir”, - deyə Kremlin sözçüsü vurğulayıb.

Ekspertlər Rusiyanın Ukraynada başlatdığı "xüsusi hərbi əməliyyat" adlı müharibəni son zamanlar ölkə rəsmiləri tərəfindən nəhayət öz adı ilə səsləndirməyə başlamasını Kremlin NATO-ya qarşı müharibəyə hazırlaşması kimi dəyərləndirirlər. Peskovun "Rusiya ərazisinin işğal edilməsi" fikrinə münasibət bildirən, adı açıqlanmayan Ukraynalı  general: "Bu, hər kəsin bildiyi həqiqəti danmağa cəhd etmək və sadəcə, həyasızlıqdır", - deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »