Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Orban: "NATO qoşunlarının Ukraynaya göndərilməsi üçüncü dünya müharibəsinin başlanması olacaq"
Orban: "NATO qoşunlarının Ukraynaya göndərilməsi üçüncü dünya müharibəsinin başlanması olacaq"

"Qərb ölkələri öz qoşunlarını Ukraynaya göndərmək imkanlarını müzakirə etməkdə davam edir və belə bir inkişaf yeni dünya müharibəsinin başlanmasına səbəb ola bilər".

Bizimyol.info xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib. O, Avropa İttifaqı (Aİ) sammitinin davam etdiyi Brüsseldədir.

Hökumət başçısı qeyd edib ki, Ukraynaya əvvəlcə mərmilər, sonra tanklar göndərilib, indi isə quru qoşunlarının göndərilməsindən danışırıq. "Cəmi iki ay əvvəl absurd və ağlasığmaz görünən şey reallığa çevrildi və buna müharibə spiralı deyilir", - deyən Orban xəbərdarlıq edib ki, NATO ölkələrindən biri Rusiya ilə döyüşə girərsə, bu, üçüncü dünya müharibəsinin başlanması demək olacaq.

Baş nazir vurğulayıb ki, o, Qərb qoşunlarının Ukraynaya göndərilməsi ideyasını şokedici hesab edir, lakin Brüssel hələ də “müharibə məntiqini” rəhbər tutur. "Mən özümü başqa qalaktikaya gəlmiş kimi hiss edirəm", - deyə Orban qeyd edib.

O, Ukraynadakı “müharibə spiralını” və münaqişənin kəskinləşməsini dayandırmağın vacibliyini vurğulayıb.

“Macarıstan Rusiya ilə müharibə etmir. Bu və ya digər şəkildə biz dönüş yaratmalıyıq. Xoşbəxtlikdən hökumətimiz ayıq mövqe tutur və biz atəşkəsdən, sülh danışıqlarından danışırıq”, - deyə Baş nazir Orban qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »