Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniyalı nazir Kameron İsraili yardım tranzitini əngəlləməkdə ittiham edib
Britaniyalı nazir Kameron İsraili yardım tranzitini əngəlləməkdə ittiham edib

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron dünən fəaliyyəti dayandırılan İsrail hökumətinin sözçüsü Eylon Levinin "Qəzzəyə humanitar yardımın daxil olmasına heç bir məhdudiyyət yoxdur" açıqlamasını təkzib edib və İsraili Qəzzaya yardımların keçidini əngəlləməkdə günahlandırıb.

Bizimyol.info xəbər verir ki, Britaniya Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Alisiya Kirns Kemerona göndərdiyi məktubda, Levinin "Qəzzəyə humanitar yardımın girişində heç bir məhdudiyyət yoxdur" və Kərəm Əbu Səlim Sərhəd Qapısının şənbə günü bağlanmasını "Birləşmiş Millətlər Təşkilatı (BMT) tələb edib" iddialarını soruşub.

Kameron Xarici Əlaqələr Komitəsinin sədri Kirnsin suallarına cavab olaraq göndərdiyi məktubda Levinin BMT-nin sərhəd qapısının bağlanmasını tələb etməsi ilə bağlı iddiasını rədd edib. İsrailin həyati əhəmiyyət kəsb edən yardım keçidini bağladığına diqqət çəkən Kameron, Levinin "beynəlxalq donorların istədikləri qədər yardım göndərə biləcəkləri və İsrailin bu yardımın daxil olmasını asanlaşdıracaqları" iddialarının həqiqəti əks etdirmədiyini ifadə etdi.

Nazir Kameron məktubunda bunları qeyd edib: “İngiltərənin Qəzzaya göndərdiyi yardımın İsrailin icazə verməsi üçün müntəzəm olaraq dayandırılması çox məyusedicidir. Məsələn, mən bilirəm ki, Böyük Britaniya tərəfindən maliyyələşdirilən bəzi yardımlar 3 həftədən az müddətə sərhəddə təsdiqlənmək üçün saxlanılıb. Əsas maneə faktorları İsrail hökumətinin özbaşına imtinaları, çoxsaylı yoxlamalar və uzun icazə prosedurlarıdır”.

Nazir Kameron həmçinin bildirib ki, Qəzzada yardım paylanması problemlərinin əsas səbəblərindən biri İsrailin lazımi personalın viza almasına mane olmasıdır. Bu vəziyyətin dəyişdirilməsinin lazım olduğunu vurğulayan Kameron, təcrübəli personalın Qəzzaya girə bilməsi üçün 50-dən çox vizanın İsrailin təsdiqini gözlədiyini qeyd edib.

Dünən İsrailin "Kanal 12" televiziyasında yayımlanan xəbərdə İsrail Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu ilə pis münasibətdə olduğu deyilən sözçüsü Levinin vəzifəsindən uzaqlaşdırıldığı bildirilib.

Britaniyanın xarici işlər naziri Kameron martın 8-də "X" platformasındakı yazısında İsraili daha çox humanitar yardım daşıyan yük maşınlarının Qəzza zolağına daxil olmasına icazə verməyə çağırıb. Kameronun paylaşımına cavab verən Levi, Qəzzaya humanitar yardımların girişində heç bir məhdudiyyət olmadığını iddia edərək: "Bizi sınaqdan keçirin. Gündə 100 yük maşını daha Kerem Şaloma (Kerem Abu Salim Sərhəd Qapısı) göndərin, onları içəri buraxaq", - deyə qeyd edib.

Xəbərdə Levinin "X" sosial media platformasında verdiyi cavabla İngiltərə xarici işlər naziri Kameronu "qəzəbləndirdiyi" və İngiltərə Xarici İşlər Nazirliyinin Levinin sosial mediada verdiyi cavabdan narahatlığını Tel-Əviv rəhbərliyinə çatdırdığı ifadə edildi. Levi daha sonra "X" platformasından Kamerona verdiyi cavabları silib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »