Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq İrəvanda Paşinyanla Azərbaycan-Ermənistan arasında münasibətləri müzakirə edib
Stoltenberq İrəvanda Paşinyanla Azərbaycan-Ermənistan arasında münasibətləri müzakirə edib

Bu gün Ermənistanın baş nazir Nikol Paşinyan NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib.

Bizimyol.info ermənistan mətbuatına istinadən xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ermənistan və Azərbaycan arasında gələcək sülh müqaviləsi mövzusu ətrafında fikir mübadiləsi aparıblar.

"Çərşənbə günü Ermənistanın paytaxtında təkbətək görüş zamanı Ermənistanın baş naziri Nikol Paşinyan və NATO-nun baş katibi Yens Stoltenberq Yerevan və Bakı arasında münasibətləri müzakirə ediblər. Onlar həmçinin Ermənistan-NATO qarşılıqlı fəaliyyəti məsələlərini nəzərdən keçirib, regional problemlər barədə danışıblar. Bundan sonra tərəflər geniş tərkibdə görüşü davam etdiriblər", - deyə məlumatda qeyd edilib

Qeyd edək ki, Stoltenberq dünən Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra bildirib ki, uzun illərdən sonra İrəvanla Bakı arasında sabit və davamlı sülh əldə etmək şansı var.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »