Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Blinken Yaxın Şərq səfəri zamanı Qəzzanın yenidən qurulmasını müzakirə edəcək
Blinken Yaxın Şərq səfəri zamanı Qəzzanın yenidən qurulmasını müzakirə edəcək

ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərq ölkələrinə gözlənilən səfəri zamanı Qəzza zolağının müharibədən sonrakı strukturu ilə bağlı məsələləri müzakirə edəcək.

Bizimyol.info xəbər verir ki, o, bu barədə Filippinin xarici işlər naziri Enrike Manalo ilə Manilada baş tutan və "YouTube"da yayımlanan birgə mətbuat konfransında bildirib.

Dövlət katibinin sözlərinə görə, Səudiyyə Ərəbistanı və Misirə qarşıdakı səfərləri zamanı o, Qəzza zolağında radikal Həmas qruplaşmasının yaraqlıları tərəfindən əsir götürülən “atəşkəs və girovların azad edilməsi” məsələlərini müzakirə etmək niyyətindədir. “Biz münaqişə bitdikdən sonra Qəzzanın strukturu ilə bağlı yanvarda başlayan dialoqu davam etdirəcəyik. Və idarəetmə, təhlükəsizlik, humanitar dəstək və yenidənqurma prosesinə başlamaq üçün razılaşmalar əldə edilməlidir. Yanvar ayından bəri, xüsusən də tərəfdaşlarımızla çox iş görmüşük və regionda davamlı sülhün təmin edilməsi üçün müvafiq layihələr də daxil olmaqla müzakirələrimizi davam etdirəcəyik. Hazırda qarşıda duraç ən vacib məsələ bölgədə atəşin dayandırılması, hümanitar yardımların ehtiyacı olanlara catdırılması və girovların azad edilməsidir”, - deyib.

2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə hücumu, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi, qadın, uşaq və yaşlı insanların girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail Qəzzanı tam blokada elan edib və Livan və Suriyanın zolağına və müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »