Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden və Netanyahu telefonla danışıblar
Bayden və Netanyahu telefonla danışıblar

Bir aydan çox qarşılıqlı tənqidlərdən sonra dünən ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Benyamin Netanyahu telefonla danışıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti məlumat verib.

Məlumatda qeyd edilir ki, Bayden və Netanyahu arasında 45 dəqiqə davam edən görüşdə Qəzzadakı son hadisələr və İsrailin bütün məqsədlərinə çatmaq əzmi müzakirə edilib. Sözügedən məqsədlər “HƏMAS-ın məhv edilməsi, məhbusların azad edilməsi və Qəzzanın İsrail üçün artıq təhlükə olmamasının təmin edilməsi” kimi qeyd edilib. Netanyahu da açıqlamasında "Qəzzaya bu məqsədlərə çatmağa kömək edəcək lazımi humanitar yardımı" verəcəklərini bildirib.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da Baydenin Netanyahu ilə görüşünü şərh edib: “Mən də HƏMAS-ın məğlub olmasının tərəfdarıyam. Eyni zamanda mən inanıram ki, sizə Rəfahın işğalı deyil, işləyən bir strategiya lazımdır",- deyə Bayden bildirib. Sallivan, Netanyahunun Ağ Evin tələbinə müsbət cavab verdiyini və yaxın günlərdə İsraildən bir komandanın Vaşinqtona gələcəyini bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »