Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda terror aktı nəticəsində azı 7 hərbçi həlak olub
Pakistanda terror aktı nəticəsində azı 7 hərbçi həlak olub

Pakistanın Əfqanıstanla sərhədində yerləşən Şimali Vəziristan rayonunda (Xeyber-Paxtunxva əyalətinin şimal-qərbində) təhlükəsizlik məntəqəsinə edilən hücumda ikisi zabit olmaqla azı 7 əsgər həlak olub.

Bizimyol.info xəbər verir ki, bu barədə "Dawn" qəzeti məlumat yayıb.

Qəzetin istinad etdiyi ölkənin Müdafiə Nazirliyinin idarələrarası ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, səhər tezdən 6 nəfərdən ibarət terrorçu qrup posta hücum edib. Onlar partlayıcı maddə olan avtomobili binaya sürərək, konstruksiyanın bir hissəsinin uçmasına səbəb olublar.

“Təmizləmə əməliyyatı zamanı polkovnik-leytenant Kaşifin başçılıq etdiyi qoşunlar altı terrorçunun hamısını effektiv şəkildə atəşə tutdular və məhv etdilər. Lakin gərgin atışma zamanı qoşunlara cəbhədə rəhbərlik edən polkovnik-leytenant Seyid Kaşif Əli və kapitan Məhəmməd Əhməd Bədar cəsarətlə döyüşərək şəhid olublar", - deyə nazirlik əlavə edib.

Ordunun media qanadı bildirib ki, bölgədə mövcud olan hər hansı digər terrorçunu məhv etmək üçün təmizləmə əməliyyatı aparılır: “Pakistanın təhlükəsizlik qüvvələri terror təhlükəsini ölkədən silməkdə qərarlıdır və cəsur əsgərlərimizin bu cür fədakarlıqları bizim qətiyyətimizi daha da gücləndirir”, - deyə nazirliyin məlumatında qeyd edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »