Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In ilk dəfə Putinin hədiyyə etdiyi "Aurus"da ictimai tədbirə gəlib - Media
Kim Çen In ilk dəfə Putinin hədiyyə etdiyi "Aurus"da ictimai tədbirə gəlib - Media

Şimali Koreya lideri Kim Çen In bu həftə ilk dəfə ictimai tədbirə Rusiya prezidenti Vladimir Putinin ona hədiyyə etdiyi "Aurus" avtomobili ilə gəlib.

Bizimyol.info xəbər verir ki, Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bu mövzuda Şimali Koreya liderinin bacısı Kim Yo Çenqdən mətbuat üçün xüsusi açıqlama yayıb.

“Yoldaş Kim Çen Inın Rusiya Federasiyası Prezidentinin hədiyyə etdiyi şəxsi avtomobildən istifadə etməsi KXDR ilə Rusiya arasında hərtərəfli möhkəmlənməkdə və inkişaf etməkdə davam edən dostluğun bariz nümayişidir”, - deyə "KCNA" Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini vəzifəsini tutan Kim Yo Conqun açıqlamasından sitat gətirib. Kim Çen Inın bacısı qeyd edib ki, "eksklüziv avtomobilin funksionallığı mükəmməldir və tamamilə etibarlıdır": “Mən çox şadam ki, partiyamızın və dövlətimizin ali lideri Rusiya liderinin hədiyyə etdiyi xüsusi şəxsi avtomobilindən istifadə edir”, deyə o əlavə edib.

Daha əvvəl "KCNA" Rusiya prezidenti Vladimir Putinin Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə etdiyini bildirmişdi. Prezidentin mətbuat katibi Dmitri Peskov daha sonra Rusiya mətbuatına KXDR rəhbərinin "Aurus" markalı avtomobil aldığını təsdiqləyib. Şimali Koreya lideri Kim Çen In Rusiyadan bu avtomobili hədiyyə olaraq alan ilk lider olub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »