Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Parkinqlərin yeni "sahib"i - su bidonları... "Müəyyən olunan yeni qaydalar və cərimələr problemi həll edəcək"
Parkinqlərin yeni "sahib"i - su bidonları... "Müəyyən olunan yeni qaydalar və cərimələr problemi həll edəcək"

Nəqliyyat sahəsində yeni, ciddi və zəruri addımların atılmasına, bu yeniliklərin olduqca müsbət nəticələr verməsinə baxmayaraq, hələ də özünü doğrulda bilməmiş və ölkəyə "20-ci əsr havası" qatan bir sıra məsələlər öz həllini gözləyir. Onlardan biri də "bidonlu parking"lərdir.

Bəli, bu adda rəsmi bir fəaliyyət olmasa da, cəmiyyət arasında artıq özünə ad da tapa bilib. Parking ərazisinə daxil olan sürücülər oradan ayrıldıqdan sonra özləri ilə gətirdikləri su bidonlarını avtomobillərini park etdikləri yerə qoyub, gedirlər. Beləliklə də bu yerin özlərinə məxsus olmasını və başqa avtomobillərin burada parklanmasına icazə verilmədiyini göstərmiş olurlar. Bəs bu problem nə zaman öz həllini tapacaq? Böyük layihələrin hazırlandığı, paytaxta tramvay xətlərinin, başqa-başqa ictimai nəqliyyat növlərinin gətirilməsindən bəhs olunduğu bir ərəfədə xaricdən gələn qonaqlar bu bidonları yolun ortasında görüb, "bu nədir?" sualını çox güman ki, verəcəklər. Təəssüf ki, həmin qonaqlar biz azərbaycanlılar kimi problemi yola verən, ört-basdır edən deyillər. Həmin zaman biri ağzından qaçırsa ki, "parking vasitəsidir"... gerisini özünüz təsəvvür edin.

Nəqliyyat üzrə mütəxəssis Rauf Ağamirzəyev problem barədə Bizimyol.info xəbər portalına şərh verib. Ekspert qeyd edib ki, artıq bu məsələ üzrə ötən ildən tariflər müəyyən edilib: "Bu növ neqativ hallar zamanla aradan götürüləcək. Keçən il avqust ayında "AzParking" işə düşüb və zonalar üzrə tariflər müəyyən olunub. Bu iş çox güman ki, elə bu il ərzində tamamlanacaq və qaydalara əməl etməyənlər yavaş-yavaş cərimələnəcək. Fikrimcə, bu problem çox sürətlə keçmişdə qalacaq".

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »