Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Paşinyan hökümətinin qərbyönlü siyasi kursu Ermənistanı siyasi məngənəyə sala bilər"
"Paşinyan hökümətinin qərbyönlü siyasi kursu Ermənistanı siyasi məngənəyə sala bilər"

Rusiya, Ermənistanın Rusiya sərhədçilərini İrəvanın Zvartnots Beynəlxalq Hava Limanından çıxarmaq qərarını və onun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaqla hədələməsini pisləyib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Ermənistan hökuməti ikitərəfli münasibətlərə “düzəldilməz” zərər vurmaq və Cənubi Qafqaz ölkəsinin təhlükəsizliyini və iqtisadi inkişafına təhlükə yaratmaq riskini daşıyır. Moskva ilə gərginliyin artması fonunda baş nazir Nikol Paşinyan çərşənbə axşamı bildirib ki, onun hökuməti rəsmi olaraq avqustun 1-də ruslardan “Zvartnots”u geri alacaq. Onun sözlərinə görə, Ermənistanın immiqrasiya orqanları indi “Rusiya tərəfinin köməyi olmadan” bütün sərhəd yoxlamalarını yerində həyata keçirmək imkanına malikdir. Zaxarova deyib ki, İrəvanın hazırkı kursunun davam etdirilməsi son nəticədə müttəfiqlərimizlə münasibətlərimizə düzəlməz ziyan vura, respublikanın suverenliyi üçün ciddi risklər yarada, ölkənin təhlükəsizliyini təmin edən effektiv mexanizmləri tamamilə sıradan çıxara və sabit sosial-iqtisadi inkişaf perspektivlərinə təsir göstərə bilər.

Siyasi şərhçi Şahin Bağırov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Paşinyan hökümətinin qərbyönlü siyasi kursu Ermənistanı siyasi məngənəyə sala bilər. Çünki Rusiyanın Ermənistandan belə asanlıqla getməsi mümkün görünə bilməz.

“Cənubi Qafqaz respublikaların arasında Rusiyanın bütün sahələr üzrə ən dərin kök atdığı ölkə, Ermənistandır. Nəzərə alsaq ki, Avropanın bir sıra aparıcı dövlətləri Ermənistanı bu istiqamətdə silahlandırır, onda bunun Azərbaycan üçün də əhəmiyyət kəsb etmədiyini demək siyasi naşılıq olardı. Ermənistanın istənilən ad altında silahlanması, həm də və bilavasitə Azərbaycan üçün təsirsiz ötüşməyəcəyini birmənalı olaraq ortaya qoyur”-deyən politoloq bildirib ki, ümumiyyətlə Ermənistan-Azərbaycan arasında nə qədər ki, Sülh Sazişi bağlanmayıb, Ermənistanla bağlı baş verə verəbiləcək istənilən hadisənin Azərbaycana təsirsiz ötüşməyəcəyi labüddür.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »