Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukrayna və Gürcüstana dəstək olmayan Avropa İttifaqı, KTMT-dən çıxa bilməyən Ermənistanı üzv etməz"
"Ukrayna və Gürcüstana dəstək olmayan Avropa İttifaqı, KTMT-dən çıxa bilməyən Ermənistanı üzv etməz"

Avropa Parlamenti Ermənistanı Rusiyanın başçılıq etdiyi hərbi alyansdakı üzvlüyünü dondurmasına görə tərifləyib və bildirib ki, Avropa İttifaqı Ermənistanın xarici siyasətində qərbyönlü dəyişiklikdən “tam istifadə etməlidir”. Üzvləri tərəfindən böyük səs çoxluğu ilə bəyənilən qərarda Aİ-nin qanunverici orqanı da Cənubi Qafqaz ölkəsini Aİ-yə üzv olmağa təşviq edir. Qərarda deyilir ki, “Ermənistan namizəd statusu üçün müraciət etmək və demokratiyasını möhkəmləndirən davamlı islahatlar yolu ilə irəliləmək istəsə, bu, Aİ-Ermənistan münasibətlərində transformasiya mərhələsinə yol aça bilər”.

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa Parlamenti siyasi baxımdan üst bir qurum deyil. Və Avropa parlamenti, hansısa qərarları almaq əzmində deyil. Eyni zamanda elə bir səlahiyyəti və hüquqi statusu yoxdur ki, Avropa İttifaqına birbaşa təsir göstərmək imkanına malik olsun. Bu baxımdan Avropa Parlamenti sırf məsləhətin, müzakirələrin aparıldığı siyasi platformadır və Avropa Parlamentinin Avropa İttifaqına hansısa qərarları qəbul etdirmək və yaxud da hansısa göstərişlər vermək kimi bir öhdəliyi və yaxud da hansısa belə bir siyasi üstünlüyü yoxdur. Bu səbəbdən də, Avropa Parlamentində sadəcə olaraq, media üçün maraqlı nəsə müzakirələr aparılır. Bu səbəbdən də bu qurum çirkab və korrupsiyaya yuvasına çevrilib.

Tural İsmayılov Tural İsmayılov

“Digər tərəfdən hətta Avropa parlamentinin hansısa siyasi qərarların qəbul edilməyində çəkisi və gücü olsaydı belə Ermənistanın Avropa İttifaqına üzv edilməsi məsələsi mümkünsüz bir proses idi. Namizəd statusunun alınması üçün. Çünki Avropa İttifaqı hələ heç Ukraynanın, Gürcüstanın tam olaraq Avropa İttifaqına inteqrasiyasına dəstək olmur. O ki, qaldı Ermənistan kimi öz ərazisində Rusiyanın hərbi bazası olan, Avrasiya İqtisadi Birliyində təmsil olunan, hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edə bilməyən Ermənistanı üzv qəbul etsin”-deyən politoloq hesab edir ki, Ermənistanın yaxın gələcəkdə Avropa İttifaqına üzvlüklə bağlı namizədlik statusunun təsdiq edilməsi mümkün görünmür.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »