Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycana "nəzarət" etmək istəyən Qərb, siyasi "müdaxilə" və təzyiq "axını"nı davam etdirəcək"
"Azərbaycana "nəzarət" etmək istəyən Qərb, siyasi "müdaxilə" və təzyiq "axını"nı davam etdirəcək"

"Azərbaycan coğrafi baxımdan strateji mövqeyə malik, neft və qızıl kimi yeraltı sərvətlərə malik bir dövlət olduğundan, Qərb Azərbaycanı öz nəzarəti altına almaq üçün hər cür cəhd edəcək. Xüsusilə, 1980-ci ildən sonra dünyada həyata keçirilən neoliberal siyasətlər Qərbin yeni müstəmləkəçilik üsullarından birinə çevrilmiş və şərqdə bir çox terror fəaliyyətlərində təsirli olmuşdu. Bu istiqamətdə ortaya çıxan İŞİD terror təşkilatı Qərbin bölgədə öz məqsədlərinə çatmaq üçün yaratdığı bir formasiyadır".

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsinin müəllimi, professor Kərəm Qarabulud danışıb. Professor qeyd edib ki, xüsusən də Qarabağ müharibəsinə qədər güclənən və Qarabağ zəfərini qazanan Azərbaycanda Qərb ölkələri öz istədikləri zaman təlatüm yaratmaq, istədikləri inkişafı təmin etmək üçün hər ölkədə olduğu kimi təsəvvürlər yarada bilir.

Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud Kərəm Qarabulud

“Təəssüf ki, hər bir ölkədə Qərblə yerli əməkdaşlıq edənlər ola bilər. Qərb dünyası məqsədlərinə çatmaq üçün müxtəlif media qurumlarını və ya QHT-ləri maliyyələşdirməklə ölkədə öz təsirini göstərməyə çalışır. Bununla belə, onların uğur qazanmaq şansı yoxdur. Çünki Azərbaycanda sabitliyə nail olmuş güclü idarəçilik var. İctimaiyyətin 93%-nin dəstəyinə malik güclü bir idarə, ölkəyə qarşı iş görən hər cür qurum və təşkilatların qarşısını almağa qadirdir.

Qədim bir deyim var: “Su yatar, düşmən yatmaz”. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da belə düşmənçilik fəaliyyətini həyata keçirənlər olacaq”-deyən professor bildirib ki, önəmli olan tədbir görmək və onların camaatı aldatmasının, yanlış təəssürat yaratmasının qarşısını almaqdır. Azərbaycan da bu mübarizəni uyğun və yetərli ölçüdə aparmaqda davam edir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »