Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"2 şəxs evlənəndə ailələri də "evlənir", boşananda ailələri "düşmən" olur" - Video
"2 şəxs evlənəndə ailələri də "evlənir", boşananda ailələri "düşmən" olur" - Video

Ötən il Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri keçən il ərzində ölkədə 54 200 nikaha daxilolma və 21 688 boşanma halları qeydə alıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci illə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,1-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

Boşanmalar niyə artır, səbəbləri nədir?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, statistika doğrudan da ürək ağrıdır.

Ramil Süleymanov / Foto: Bizimyol.info Ramil Süleymanov / Foto: Bizimyol.info

“Həqiqətən də ötən illərə nisbətdə, evlənmələrin sayı azalıb, boşanmaların sayı artıb. Əgər biz buna sadəcə 2 şəxsin ayrılığı kimi yanaşsaq, tamamilə yanlış bir münasibət sərgiləmiş olarıq. Bu qərar uşaqların atasız, anasız qalmasına gətirib çıxarır.

Bilirsiniz ki, Azərbaycanda sadəcə 2 şəxs evlənmir. Onlarla birgə ailələri də evlənir. Ona görə də boşananda ailələr də boşanır və bir-birilərinə düşmən kəsilirlər. Bu da xoşagəlməz bir hadisədir.

Bəzi hallarda boşanma həqiqətən də bir çıxış yolu olur. Çünkü bir ailənin daxilində fiziki və ya psixoloji şiddətin başqa formalarına məruz qalmasına yol verilməməlidir. Eyni zamanda kişinin daimi psixoloji şiddətə məruz qalması, qayğısız qalması və yaxud ailənin içindəki hüzurun olmaması nəticə etibarilə, tərəflərin ciddi şəkildə ayrılığını şərtləndirən nəticəyə gətirib çıxarır”-deyə Ramil Süleymanov əlavə edib.

Boşanmalar, boşanmaların səbəbləri və s. mövzuları ilə bağlı Ramil Süleymanovun Bizimyol.info xəbər portalına verdiyi xüsusi müsahibəsinə saytımızın rəsmi YouTube kanalında baxa bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »