Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mariya Zaxarova: "ABŞ Ukrayna layihəsi ilə özünü rüsvay edib"
Mariya Zaxarova: "ABŞ Ukrayna layihəsi ilə özünü rüsvay edib"

ABŞ Ukrayna layihəsi ilə özünü qanlı şəkildə rüsvay edib.

APA xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin müsahibəsində Əfqanıstanı Ukrayna ilə səhv salaraq, "Biz Ukraynaya girəməməliydik" sözlərinə münasibət bildirərkən deyib.

“Yazırlar ki, Bayden Ukraynanı Əfqanıstanla səhv salıb. O, səhv salmayıb. O, artıq hamının başa düşdüyü şeyi özündə saxlaya bilmir: Birləşmiş Ştatlar Ukrayna layihəsi ilə özlərini qanlı şəkildə rüsvay ediblər”, deyə Zaxarova bildirib.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev isə Baydenin məlum açıqlamasını Teleqram kanalında paylaşaraq "nadir axmaq" (редкий идиот) şərhini yazıb.

Qeyd edək ki, Bayden müsahibəsində Ukraynanı Əfqanıstan və İraqla səhv salıb. O, Amerikanın Ben Ladeni ələ keçirmək üçün İraqa və Əfqanıstana girməməli olduğunu, bunun səhv olduğunu, buna ehtiyacın olmadığını demək istəyib, lakin Əfqanıstan və İraq əvəzinə Ukrayna ifadəsini işlədib. Daha sonra fikrini düzəldib, qeyd edib ki, ABŞ-ın Əfqanıstan və İraqa girməsi daha çox yeni problemlər yaradıb.

Son xəbərlər
Bütün xəbərlər »