Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İllərdir ağır xəstəliklə "səssiz" mübarizə aparan tanınmış yazar Günel Natiqin dəstəyə ehtiyacı var
İllərdir ağır xəstəliklə "səssiz" mübarizə aparan tanınmış yazar Günel Natiqin dəstəyə ehtiyacı var

Tanınmış tərcüməçi, yazıçı Natiq Səfərovun qızı Günel Natiq hələ erkən gənclik dövründən istedadını ortaya qoymağı bacarmışdı. O, Azərbaycan Radiosunda bir sıra verilişlərinin müəllifi olub. Sonradan televiziyada da incəsənətdən, xalq sənətkarlığından söz açan verilişlər hazırlamağa imkan tapıb. Günel Natiq “Ədəbi talelər”, “Kağız gəmilər” və s. kitabların müəllifidir, müxtəlif jurnallarda onun imzasını həmişə görmək mümkündür.

Bizimyol.info xəbər verir ki, indi tanınmış tərcüməçinin qızı həm də həyat mübarizəsi aparır. Bu mübarizə 17 ildir ki, davam edir. Günel Natiq uzun illərdir ağır xəstəliklə səssiz-səmirsiz vuruşur, ona qalib gəlməyə çalışır. Son vaxtlar səhhətindəki problemlər daha çox qabarıb. Xəstəliklə mübarizədə ortaya çıxan maddi sıxıntılar da bir yandan onu əldən salır.

Günel xanımın dostları sosial platformalarda bu haqda ard-arda yazmağa başlayıblar. Hətta böyük təşkilatlara müraciət ünvanlanıb. Kart hesabı paylaşılandan sonra vəziyyət yaxşılığa doğru dəyişmək istəyir. İlk addım atılıb, Günel Natiqin böyrəyinə stend qoyulub.

Ölkədə yaradıcı adamlara həyatda qalmaq onsuz da çətindir. Üstəlik, ağır xəstəliklə mübarizə mümkünsüzə çevrilir. Bu mənada, Günel Natiqə kömək vacibdir. Onun bundan sonra həm maddi, həm də mənəvi dəstəyə çox ehtiyacı olacaq. İrəlidə onu bir sıra müayinə prosesləri, prosedurlar gözləyir.

Günel Natiqin durumuyla əlaqədar Mədəniyyət Nazirliyinə və Heydər Əliyev Fonduna müraciət olunub.

İnanırıq ki, Günel xanım bu çətinlikləri geridə qoya biləcək. Ona şəfa tapmağı, tezliklə tam ayağa qalxmağı arzu edirik.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »