Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Eurovision”da İsrail qalmaqalı: Mahnının adı və sözləri dəyişdirildi
“Eurovision”da İsrail qalmaqalı: Mahnının adı və sözləri dəyişdirildi

İsrail “siyasi neytrallıq” qaydasını pozduğu üçün rədd edilən “Eurovision” mahnısının sözlərini və adını dəyişib.

Bizimyol.info xəbər verir ki, bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision” mahnı müsabiqəsinin ən mübahisəli mövzularından biri də İsrailin müsabiqədə iştirakı olub.

Bir tərəfdən İsrailin “Eurovision”a qadağa qoyulması çağırışları səslənirdi, digər tərəfdən isə siyasi məzmunlu mahnılar böhran yaratmışdı. İsrail 7-11 may tarixləri arasında keçiriləcək müsabiqə üçün iki mahnı seçib. Birinci yer “Oktyabr yağışı”, ikinci alternativ isə “Əbədi rəqs” olub. Kamala Harris Qəzzada təcili atəşkəsə çağırıb: "Şərtlər qeyri-insanidir",- deyə bildirilib. Beynəlxalq mətbuatda yer alan xəbərlərə görə, İsrailin təqdim etdiyi hər iki mahnı siyasi məzmununa görə rədd edilib və Tel-Əvivə mahnının sözlərini yenidən nəzərdən keçirmək üçün vaxt verilib.

Oktyabr yağışı mahnısının misralarının oktyabrın 7-də HƏMAS hücumuna aid olduğu güman edilir. “Haaretz” xəbər verir ki, İsrail dəyişiklik tələbini yerinə yetirib və “Hurricane” mahnısını təqdim edib. Adı və sözləri dəyişdirildiyi bildirilən Oktyabr Yağışının mətbuata sızan misralarında “Nəfəs almağa hava qalmadı...” və “Hamısı yaxşı uşaqlardı...” sətirləri var.

Builki yarışmada İsraili 20 yaşlı Eden Qolan təmsil edəcək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »