Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ Qəzzaya havadan humanitar yardım göndərməyə başlayacaq
ABŞ Qəzzaya havadan humanitar yardım göndərməyə başlayacaq

ABŞ prezidenti Co Bayden yaxın günlərdə Qəzzaya havadan humanitar yardım çatdırmağa başlayacaqlarını və bölgəyə daha çox humanitar yardım edə bilmək üçün İsraillə yaxın təmasda olduqlarını açıqlayıb.

Bizimyol.info "AA"ya istinadən xəbər verir ki, Bayden İtaliyanın Baş naziri Corciya Meloni Ağ Evdə qəbul edərkən mətbuat mənsubları ilə gündəmi dəyərləndirib.

Bayden Oval Ofisdəki açıqlamasında yardım gözləyərkən İsrail tərəfindən güllələnərək öldürülən Qəzzalı vətəndaşlarla bağlı bunları deyib: "Fələstinlilərin humanitar yardıma əldə etməyə çalışdığı Qəzzanın şimalında baş verən hadisə faciəvi və qorxuncdur. Oradakı insan itkiləri çox üzücüdür", - deyib.

Bayden, günahsız insanların yemək tapmaqda çətinlik çəkərkən "gülləbarana tutulduğunu" belə ifadə edib: "Siz onların ən zəruri ehtiyaclarını ödəmək üçün yardım almağa çalışarkən qarşılaşdıqları vəziyyəti gördünüz. Biz bundan çox kədərləndik, onlar üçün daha çox iş görməliyik və ABŞ olaraq bunu edəcəyik. Yaxın günlərdə biz İordaniyaya qatılaraq (Qəzzəyə) humanitar yardım göndərməyə başlayacağıq", - deyə Bayden bildirib.

O əlavə edib ki, bölgəyə daha çox humanitar yardım göndərilməsi üçün İsrail tərəfi ilə danışıqları davam etdirirlər. ABŞ prezidenti İsraillə görüşlərində Qəzzaya humanitar yardımın dəniz dəhlizi ilə çatdırılması variantını da müzakirə etdiklərini bildirib. Bayden, İsrailin sərhəddə gözləyən yüzlərlə humanitar yardım maşınının keçməsinə icazə verməyə çalışdıqlarını söyləyib: "Qəzzaya havadan yardım göndərilməsi qətiyyən kifayət deyil. Günahsız insanların və uşaqların həyatı təhlükədədir", - deyib.

İsrail ilə Həmas arasında 6 həftəyə qədər davam edə biləcək müvəqqəti atəşkəs üçün çox çalışdıqlarını ifadə edən Bayden, girovların azad oluna biləcəyini və bu müddət ərzində Qəzzaya kifayət qədər humanitar yardımın daxil ola biləcəyini qeyd edib.

Baydenin Qəzzaya havadan yardımla bağlı çıxışında Qəzza yerinə iki dəfə səhvən “Ukrayna” deməsi diqqət çəkib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »