Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan hakimiyyəti rus sərhədçilərinin hava limanından çıxarılmasını müzakirə edir
Ermənistan hakimiyyəti rus sərhədçilərinin hava limanından çıxarılmasını müzakirə edir

Ermənistan hakimiyyəti İrəvan Zvartnots hava limanında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sərhədçilərinin olmasının mümkünlüyünü müzakirə edir.

Bizimyol.info xəbər verir ki, bu barədə parlamentdə hakim partiyanın “Mülki müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan brifinqdə bildirib.

“Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Bu barədə hələlik partiyamız daxilində müzakirələr gedir, lakin bir qərar yoxdur”, - deyə o, jurnalistin müvafiq sualını cavablandırarkən deyib. Brifinqin digər iştirakçısı, həmin fraksiyadan olan deputat Vladimir Vardanyan əlavə edib ki, erməni qüvvələri ölkənin hava sərhədlərini qorumalıdır: "Cəmiyyətin çoxu kimi, biz də bu məsələdən narahatıq. Bu, partiyamızın gündəmindədir, müzakirələr gedir, nəticələr barədə məlumat verəcəyik".

FTX-nin respublika üzrə sərhəd idarəsi erməni həmkarları ilə birlikdə 30 sentyabr 1992-ci il tarixli müqaviləyə uyğun olaraq Türkiyə və İranla sərhədlərin mühafizəsi xidmətini həyata keçirir. Departamentə dörd dəstə daxildir - Gümrü, Armavir, Artaşat və Meqridə, həmçinin Zvartnots hava limanında ayrıca nəzarət-buraxılış məntəqəsi var.

Qadir, Bizimyol.nfo

Son xəbərlər
Bütün xəbərlər »