Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makkarti: "Bayden şəxsi görüşlərində də gizli qeyd vərəqlərdən istifadə etdir"
Makkarti: "Bayden şəxsi görüşlərində də gizli qeyd vərəqlərdən istifadə etdir"

"ABŞ prezidenti Co Bayden hətta qapalı görüşlər zamanı da gizli qeyd vərəqlərdən istifadə edir".

Bizimyol.info xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri, respublikaçı Kevin Makkarti “Fox Business” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Bayden həmkarları ilə üzbəüz söhbətlər zamanı da əvvəldən hazırlanmış qeyd vərəqlərdən istifadə edir.

"Görüşümüz zamanı müşahidə etdim ki, onun yalnız bir neçə vərəqi var. O, əvvəldən hazırlanmış qeydləri oxuyur", - deyə Makkarti qeyd edib. O əlavə edib ki, əgər həmkarı söhbət mövzusundan kənara çıxarsa, Amerika prezidenti söhbəti davam etdirə bilməz: “Pterident ona verilmiş vərəqlərdən kanar mövzu barədə fikir yürüdə bilmir, çaşqın vəziyyətə düşür. Artıq onun prezident olmaq yaşı keçib, həm də, yaddaşı buna imkan vermir”, - deyə Makkarti bildirib.

Ağ Evin mətbuat xidməti çərşənbə günü prezident Kevin O'Konnorun həkiminin rəyini dərc edib və o, Baydenin müntəzəm tibbi müayinəsinin nəticələrinə əsasən, onun səhhətinin dövlət başçısının vəzifələrini yerinə yetirməyə tam qadir olduğu qənaətində olduğunu bildirib. Mətbuat xidməti qeyd edib ki, tibbi müayinəyə prezidentin əqli qabiliyyətinin yoxlanılması daxil olmayıb.

81 yaşı olan Bayden ictimai çıxışlarında tez-tez müxtəlif qeyd-adi hərəkətlər edir. Respublikaçılar bundan dövlət başçısının əqli və fiziki qabiliyyətlərini şübhə altına almaq üçün partiyalararası mübarizədə anti-təbliğat vasitəsi kimi istifadə edirlər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »