Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Makron: "Ukraynaya uzaqmənzilli silahların verilməsi üçün koalisiya yaradılıb"
Makron: "Ukraynaya uzaqmənzilli silahların verilməsi üçün koalisiya yaradılıb"

Ukraynanın Qərb müttəfiqləri Kiyevi uzaqmənzilli silahlarla təmin etmək üçün koalisiya yaradıblar.

Bizimyol.info xəbər verir ki, bunu Parisdə keçirilən Ukraynaya dəstək konfransından sonra Fransa prezidenti Emmanuel Makron deyib.

“Biz orta və uzun mənzilli raketlər və bombalar tədarük edəcək doqquzuncu koalisiya yaradırıq”, - deyə Makron Yelisey Sarayının "X" (keçmiş "Twitter") səhifəsində yayımlanan mətbuat konfransı zamanı bildirib.

Fransa lideri xatırladıb ki, əvvəllər müəyyən növ sursatların tədarükünə həsr olunmuş səkkiz koalisiya yaradılıb.

Yelisey sarayında keçirilən konfransda Almaniya kansleri Olaf Şolz, Polşa prezidenti Anjey Duda və Avropa İttifaqının 20-yə yaxın ölkəsinin baş nazirləri iştirak ediblər. İclasda Birləşmiş Ştatları ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen, Böyük Britaniyanı isə xarici işlər naziri Devid Kemeron təmsil edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »