Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Çinin 3 bankının Rusiya ilə ödənişlərdən geri çəkilməsi siyasi qərar deyil, iqtisadi maraqlara əsaslanır"
"Çinin 3 bankının Rusiya ilə ödənişlərdən geri çəkilməsi siyasi qərar deyil, iqtisadi maraqlara əsaslanır"

Çinin “Industrial and Commercial Bank of China” (ICBC), “China Construction Bank” (CCB) və “Bank of China” bankları Rusiya sanksiyalarına məruz qalan maliyyə təşkilatlarından ödənişləri qəbul etməyi dayandırıb. ABŞ-Çin ticarət balansı Rusiya və Çin arasındakı ticarət balansından xeyli yüksəkdir və buna görə də banklar və dövlət korporasiyaları riskli əməliyyatlardan imtina edir.

İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Çinin 3 ən böyük bankının Rusiyadan ödənişlərinin qəbulunun dayandırılması hələlik, Çinin özünü Rusiya ilə əlaqələrdən, münasibətlərdən qoruduğunu və siyasi arenada müttəfiqlik tribunasından geri çəkildiyini deməyə əsas vermir. Ümumiyyətlə, Ukrayna məsələsində Çinin Rusiyanın tərəfini tutmadığını vurğulayan iqtisadçı əlavə edib ki, Çinin mövqeyi heç də qərbin, yəni Amerika Birləşmiş Ştatları və Avropanın mövqeyi ilə də üst-üstə düşmür.

Pərviz Heydərov Pərviz Heydərov

“Sadəcə olaraq, Çin bu məsələdə bu gündə daha çox neytral mövqe tutub, desəm yanılmaram. Ona görə də Çinin 3 bankının Rusiyadan ödənişlərinin geri çəkilməsini Çinin siyasi mövqeyi ilə əlaqələndirmək düzgün deyil. Çin elə bir ölkədir ki, iqtisadi maraqlara daha çox üstünlük verir və onun 3 bankının da Rusiya ilə ödənişlərdən geri çəkilməsi yəqin ki, müvafiq iqtisadi maraqlardan və problemlərdən irəli gəlir”-deyən iqtisadçı bildirib ki, bunu Çinin Rusiyanın müttəfiqi kimi geri çəkilməsi kimi qiymətləndirmək düzgün deyil.

Pərviz Heydərov bildirib ki, Çin heç vaxt açıq şəkildə Rusiyanın müttəfiqi rolunda da çıxış etməyib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »