Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran ABŞ və Böyük Britaniyanın Yəmənə zərbələrini pisləyib
İran ABŞ və Böyük Britaniyanın Yəmənə zərbələrini pisləyib

İranın müdafiə naziri Məhəmməd Rza Aştiyani ABŞ və Böyük Britaniyanın Yəmənin üsyançı Ənsar Allah hərəkatının (Husi) hədəflərinə endirdikləri zərbələri pisləyib və bu hərəkətləri təcavüz adlandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "SNN" telekanalı məlumat verib.

“ABŞ və İngiltərənin Yəmənə qarşı hərəkətləri açıq-aşkar təcavüzdür və qəti şəkildə pislənir”, - deyə nazir qeyd edib. Aştiyani əlavə edib ki, husilərin hərəkətləri “məzlum, mübariz Fələstin xalqını dəstəkləmək məqsədi daşıyır” və Ənsar Allah Qırmızı dənizdəki gəmilərə və Qərb koalisiyasının qüvvələrinə hücumlarla bağlı qərarları müstəqil şəkildə verir.

Fevralın 23-də "Əl-Məsir" telekanalının verdiyi məlumatda bildirilib ki, Böyük Britaniya və ABŞ silahlı qüvvələrinin Yəmənin üsyançı Ənsar Allah hərəkatının husilərin hədəflərinə iki yeni zərbə endirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »