Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Alma almaya bənzər"... "Soyuq allergiya ilə adi soyuqlama oxşar görünsə də, fəsadları müxtəlifdir"
"Alma almaya bənzər"... "Soyuq allergiya ilə adi soyuqlama oxşar görünsə də, fəsadları müxtəlifdir"

Qış aylarında xüsusilə dərinin açıq nahiyələrində müşahidə edilən soyuq allergiya, tədbir görülmədikdə bəzən nəfəs darlığına səbəb ola bilər. Bu səbəblə soyuq allergiyası olan birinin vaxtında həkimə müraciət etməsi böyük əhəmiyyət kəsb edir.

Bizimyol.info xəbər verir ki, "trthaber" Sakarya Universiteti Tibb Fakültəsi Dermatologiya kafedrasının müdiri Dos.Dr.Bahar Sevimli Dikicierin barədə fikirlərini öyrənib.

Soyuq qış ayları dəriyə mənfi təsir göstərir. Qış aylarında ekzemadan tutmuş sedef xəstəliyinə qədər bir çox dəri xəstəlikləri artır. Bu xəstəliklərin bəziləri sadə kremlərlə aradan qaldırıla bilər, bəziləri isə xroniki olur və uzun müddətli müalicə tələb edə bilər. Soyuq ürtiker olaraq da adlandırılan soyuq allergiya qış aylarında rast gəlinən dəri xəstəliklərindən biridir.

Soyuq allergiya adətən dərinin birbaşa soyuğa məruz qalan bölgələrində müşahidə olunur. Onun müalicəsinə laqeyd yanaşmaq olmaz, çünki bütün hallarda olmasa da, bəzi xəstələrdə nəfəs darlığı da daxil olmaqla ciddi fəsadlara səbəb olur.

Dikicier kişi və ya qadın fərqi olmadan hər yaşda insanda görülə bilən soyuqdəymə allergiyasının nədən qaynaqlandığı və necə müalicə olduğu barədə məlumat verib.

Qızartı və qaşınma əlamətləri görünür

Soyuq allergiyanın yalnız hava şəraitində deyil, soyuq su və küləyə məruz qalması ilə də müşahidə edildiyinə diqqət çəkən Dos. Dr. Dikicier xəstəliyin əlamətlərini belə bildirir: “Soyuq allergiyası soyuq su içdikdən sonra dodaqlarda, boğazda və ağızda qızartı, qaşınma və bəzən şişkinliklə davam edən bir vəziyyətdir”.

Ancaq xəstələrin bu əlamətləri çox vaxt soyuqla əlaqələndirmədiyini söyləyən dos. Dr. Dikicier: “Çünki bəzən soyuq havalarda və ya soyuq içkilər içəndə görünmür. Dənizə və ya hovuza gedəndə olur. Belə hallarda, ümumiyyətlə bütün bədəndə qaşınma qabarıqları şəklində özünü göstərir. Hovuz və ya dənizə çox tez girmək, birbaşa tullanmaq və ya suya dalmaq kimi bütün bədəni təsir edən bir vəziyyətdə daha şiddətli reaksiya görülə bilər”, - deyə o qeyd edib.

“Xəstə soyuq allergiya üçün həkimə müraciət etdikdə əvvəlcə temperatur testinə məruz qalır. Bu test xəstənin təsirləndiyi temperaturu təyin edir. Nəticələrə görə xəstəyə bəzi tövsiyələr verilir. İlk növbədə, buna səbəb olan vəziyyətdən uzaqlaşmağı tövsiyə edirik. Bunu həyata keçirsə, daha rahat yaşayar deyirik. Bundan əlavə, ümumi ürtiker üçün antiallergik dərmanlar, yəni orqanizmdə allergik reaksiyaların əsas idarəçisi olan histamini bloklayan dərmanlar da veririk.

Qorunmaq üçün xəstə uzun müddət küləkdə və ya soyuqda qalacaqsa, dərisini əlcək və şərf kimi paltarlarla izolyasiya etməsi tövsiyə olunur”, - deyə o qeyd edib

Qadınlarda daha çox rast gəlinir

Bəzi xəstələrdə soyuqdəymə allergiyası bir müddət sonra tamamilə yox ola bilər. Bəzən 5 ilə qədər vaxt tələb olunur. Xəstəliyin gedişatını proqnozlaşdırmaq mümkün deyil.

"Beləliklə, soyuq allergiya üçün bir risk qrupu varmı?", - deyə sualına Dikicier: “Bütün allergik xəstəliklər qadınlarda daha çox olur. Bütün dünyada belədir. Ümumiyyətlə, qadın xəstələrin sayı kişilərə nisbətən iki-üç dəfə çoxdur. Bunun niyə belə olduğunu dəqiq bilmirik. Ancaq bəzi meylli, nadir otoimmün xəstəliklər, immun pozğunluqlar və revmatik xəstəliklər onlara səbəb ola bilər. Bu xəstəliklər artıq xəstələrin əksəriyyətində müəyyən edilir. Onlara allergiya da əlavə olunduqda, biz daha rahat deyə bilərik ki, xəstəlik bu və ya başqa səbəbdən ola bilər”, - deyə cavab verib.

“Nəfəs darlığına səbəb ola bilər”

Soyuq allergiya dəridə böyük problemlər yaratmasa da, bəzi fərqli problemlərə səbəb ola bilər. Dos. Dr. Dikicier soyuq allergiya nəticəsində yarana biləcək mümkün problemləri belə ifadə edir: “Bəzən allergiyanın şiddəti uzun müddət mülayim səviyyəyə keçə bilər. Bəzən şiddəti artır və tənəffüs yollarında, boğazda, dodaqlarda və ağızda şişlik yaradır, həyati təhlükəsi olan tənəffüs çətinliyinə səbəb olur”.

Dos. Dr. Dikicier xəbərdarlıq edir ki, soyuqdəymə allergiyasının bu qədər ciddi həddə çatmaması üçün fərq edilən kimi həkimə müraciət etmək lazımdır.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »