Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Üçüncü Dünya Müharibəsinin qarşısını alacağına söz verib
Tramp Üçüncü Dünya Müharibəsinin qarşısını alacağına söz verib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırda dünyanın çox yaxın olduğu üçüncü dünya müharibəsinin qarşısını alacağına söz verib.

Bizimyol.info xəbər verir ki, o, bu barədə tərəfdarları ilə görüşdə bildirib.

“Mən üçüncü dünya müharibəsinin qarşısını alacağam. Biz III Dünya Müharibəsinə çox yaxınıq və bu, digər müharibələrdən fərqli müharibə ola bilər”, -  deyə onun cümə axşamı keçirdiyi görüş barədə  veriliş mühafizəkarın "RSBN" media şirkətinin "YouTube" kanalında yayımlanıb.

Tramp həmçinin qeyd edib ki, o, Ağ Evə “Oval kabinetə gəlməmişdən” əvvəl sülhü bərpa edə, o cümlədən Ukrayna və Rusiya arasındakı münaqişəni həll edə bilər.

Tramp daha əvvəl bəyan etmişdi ki, yenidən seçilərsə, Ukraynadakı münaqişəni 24 saat ərzində həll etmək niyyətindədir.

ABŞ-da növbəti prezident seçkiləri noyabrda keçiriləcək. 25 aprel 2023-cü ildə Amerika lideri Co Bayden ən yüksək hökumət postuna yenidən seçilmək istəyəcəyini açıqlayıb. Tramp 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını elan edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »