Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Roma hava limanında Rusiya vətəndaşı olan sərnişinə su satmayıblar
Roma hava limanında Rusiya vətəndaşı olan sərnişinə su satmayıblar

İtaliyanın paytaxtı Romanın beynəlxalq hava limanı Fiumicinoda sərnişinin Rusiya vətəndaşı olduğu üçün rüsumsuz məntəqədə suyun satılmadığı üzə çıxıb və sözügedən sərnişindən üzr istənilib.

Bizimyol.info xəbər verir ki, İtaliyada yaşayan rus müəllimi Anna Larina fevralın 18-də "İnstaqram" səhifəsində Moskvaya səfər etməzdən əvvəl Roma Fiumicino Beynəlxalq Hava Limanında rüsumsuz satış məntəqəsindən Rusiya vətəndaşı olduğu üçün su ala bilmədiyini bildirib.

Rusiya vətəndaşı Larina su almaq istəyəndə kassirlər ona: “Əgər russansa, su yoxdur, sənə heç nə sata bilmərik. Çünki Rusiya iki il əvvəl müharibəyə başlayıb və buna səbəb kimi nazirliyin özünəməxsus müddəalarını irəli sürüblər”, - deyə bildirilir.

Larinanın bu video mesajı qısa zamanda sosial mediada ən çox baxılan şəkillərdən birinə çevrilib: "Sizin başınıza gələnlərə görə çox təəssüf edirik və üzr istəyirik", - deyə bu gün hava limanında rüsumsuz satış məntəqələrinə cavabdeh olan "Aelia Duty Free" şirkəti və Roma Hava Limanına cavabdeh olan ADR tərəfindən açıqlama verilib.

"Aelia Duty Free" şirkətindən verilən açıqlamada rus sərnişin Larinadan qarşılaşdığı bu "xoşagəlməz hadisəyə" görə üçün üzr istədiyi, heç kimə su satmağın qadağan olunmadığı və belə bir qadağa göstərişinin olmadığı bildirilib.

Larinanın yazısı altında ADR şirkəti tərəfindən aşağıdakı açıqlamalar verilib: "Fiumicino Hava Limanında olduğunuz müddətdə başınıza gələnlərə görə çox təəssüf edirik. Sözügedən davranış ADR-in kommersiya tərəfdaşları tərəfindən tətbiq edilən standartlara qətiyyən uyğun gəlmir. Bir neçə saat ərzində bununla bağlı lazımi intizam tədbirləri görüləcək".

Bir çox italiyalının sosial media hesablarından dəstək mesajları göndərdiyi Larina ona göstərilən həmrəyliyə görə hər kəsə təşəkkürünü bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »