Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vəkil: Moskvada saxlanılan Kamil Zeynallı sərbəst buraxılıb
Vəkil: Moskvada saxlanılan Kamil Zeynallı sərbəst buraxılıb

Rusiyanın paytaxtı Moskva şəhərində saxlanılan Kamil Zeynallı azadlığa buraxılıb.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuata onun vəkili Ələkbər Qarayev məlumat verib.

Vəkil bildirib ki, Ermənistan Kamil Zeynallını ağır maddələrlə axtarışa vermişdi: “Buna baxmayaraq, Rusiya dövləti humanistlik nümayiş etdirərək onu azadlığa buraxıb. Azərbaycan dövlətinin köməyi və təkidi ilə Kamil Zeynallı bu gün Azərbaycana qayıdacaq”, - deyə o qeyd edib.

Vəkil göstərilən dəstəyə görə Azərbaycanın Rusiyadakı səfirliyinə, şəxsən səfir Polad Bülbüloğluna təşəkkürünü bildirib.

Qeyd edək ki, Kamil Zeynallı ötən gecə Moskvadan Bakıya qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılmışdı.

Son xəbərlər
Bütün xəbərlər »