Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO-nun baş katibi: "Ukraynanın cəbhədəki vəziyyəti çox ağırdır"
NATO-nun baş katibi: "Ukraynanın cəbhədəki vəziyyəti çox ağırdır"

Ukrayna Silahlı Qüvvələri (USQ) NATO ölkələrinin onları kifayət qədər sayda mərmi ilə təmin etməməsi səbəbindən hazırda cəbhədə çox çətin vəziyyətdədir.

Bizimyol.info xəbər verir ki, bunu Kanadanın "CTV" telekanalında Alyansın baş katibi Yens Stoltenberq deyib.

"Cəbhə xəttində Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət çox ağırdır. Biz rusların bəzi uğurlarını, o cümlədən Avdievkanın ələ keçirilməsini də gördük. Bu, ciddi siqnaldır", - deyə qeyd edib.

Stoltenberq bildirib ki, Ukrayna Silahlı Qüvvələri qismən “NATO müttəfiqləri onları kifayət qədər sursatla təmin edə bilmədilər”, o cümlədən ABŞ-da Ukraynaya hərbi dəstək vermək barədə qərarın olmaması səbəbindən bu vəziyyətə düşüblər. Bununla bağlı baş katib NATO üzvlərini Kiyevə dəstəyi gücləndirməyə çağırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »