Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pakistanda iki aparıcı partiya hökumətinin formalaşdırılması ilə bağlı razılığa gəliblər
Pakistanda iki aparıcı partiya hökumətinin formalaşdırılması ilə bağlı razılığa gəliblər

Pakistan Müsəlman Liqası (PML-N) və Pakistan Xalq Partiyası (PXP) çərşənbə axşamı axşam İslam Respublikası üçün federal hökumətin formalaşdırılması ilə bağlı razılığa gəliblər.

Bizimyol.info xəbər verir ki, bu barədə "Geo" telekanalı PML-N sədri Şahbaz Şərif, PXP sədri Bilaval Bhutto-Zərdari və PXP parlament fraksiyasının rəhbəri Asif Əli Zərdari birgə keçirdikləri mətbuat konfransında deyilənlərə istinadən məlumat verib.

"PXP və PML-N indi Milli Assambleyada lazımi sayda yerə malikdir və biz növbəti hökuməti formalaşdırmaq iqtidarındayıq", - deyə telekanal PXP sədri Bhutto-Zərdarinin bəyanatından sitat gətirir. Partiyalararası razılaşmalara əsasən, baş nazir postunu Şahbaz Şərif tutacaq, Asif Əli Zərdari isə Pakistan prezidenti olacaq.

Hakim koalisiyaya Pakistan Müsəlman Liqası, Müttəhidə Qaumi Hərəkatı və Pakistan Sabitlik Partiyası da daxil olacaq.

Seçki Komissiyasının məlumatına görə, Pakistan Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilər çərçivəsində 266 seçki dairəsindən 265-nin nəticələrinə baxılıb. PML-N 75, PXP 54 seçki dairəsində qalib gəlib. 93-ü Ədalət Hərəkatına bağlı olan müstəqil namizədlər 101 seçki dairəsində mandat qazanıblar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »