Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko: "Ukrayna ilə sərhəddə diversantlar ələ keçirilib"
Lukaşenko: "Ukrayna ilə sərhəddə diversantlar ələ keçirilib"

Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna ilə sərhəddə antiterror əməliyyatı keçirildiyini və bir neçə diversantın saxlanıldığını açıqlayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "SB. Belarus Today" nəşri yazır.

Lukaşenko qeyd edib ki, Ukrayna-Belarus sərhədində saxlanılan diversantlar Rusiya Federasiyası və Belarus ərazilərinə təxribat məqsədilə partlayıcı keçiriblər: “Bu gün Ukrayna sərhədində bir neçə diversant saxlanılıb. Ukrayna vətəndaşlarının bir qismi pilotsuz təyyarələrin köməyi ilə bataqlıqlardan sürünərək sərhədimizə keçərək, ilk növbədə Rusiya və Belarus ərazilərinə təxribat törətmək üçün partlayıcı maddələr gətiriblər”, - deyə ölkə rəhbəri qeyd edib.

Müvafiq videonu Belarus prezidentinin mətbuat xidmətinə yaxın olan “Pul Pervoqo” Telegram kanalı dərc edib.

Lukaşenkonun sözlərinə görə, Belarus-Ukrayna sərhədində saxlanılan diversantlar arasında belaruslular da var. "Təxribatçıların Belarusa daxil olmaq cəhdləri ilə bağlı insidentlər həftədə demək olar ki, iki-üç dəfə baş verir, lakin sərhədçilərimiz onların qarşısını almaqda sayıqlıq nümaiş etdirirlər. Bizim müvafiq mühafizə qüvvələrimiz ölkəmizdə və ərazimizdən keçərək Rusiyada təşkil ediləcək təxribatları qarşısını almaq üçün daim səfərbərdirlər", - deyə Belarus prezidenti əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »