Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Komandir Hacızadə: "ABŞ İranın müdafiə gücünə müqavimət göstərə bilməyəcəyini bilir"
Komandir Hacızadə: "ABŞ İranın müdafiə gücünə müqavimət göstərə bilməyəcəyini bilir"

"Bu gün biz qabaqcıl gizli pilotsuz uçuş aparatlarından istifadə edərək istənilən nöqtədə üzən hədəfləri nişan ala və ya kəşfiyyat əməliyyatları həyata keçirə bilərik".

Bizimyol.info xəbər verir ki, "İRNA" agetliyinin verdiyi məlumata görə, bunu İslam İnqilabı Keşikçiləri Korpusunun Aviasiya və Kosmik Qüvvələrinin komandanı, general Əmir Əli Hacızadə Milli Hesablama Məhkəməsinin bir qrup əməkdaşı İslam İnqilabı Keşikçiləri Korpusunun nailiyyətlərinin nümayiş olunduğu sərgini ziyarət edərkən deyib.

Hesablama Məhkəməsinin əməkdaşlarını salamlayan general Hacızadə ölkənin müdafiə qüdrətini müharibə dövrü ilə müqayisədə xəyalların xaricində olduğunu bildirib: “Baas rejimi ilə müharibədə elə bir dövr var idi ki, bizim artilleriyamız cəmi 27 kilometrlik ərazini hədəfə ala bilirdi; Amma bu gün biz elə bir məqama gəlmişik ki, Amerikanın bölgədəki terrorçu ordusu açıq şəkildə etiraf edir ki, İslam Respublikası ilə münaqişəyə can atmır; Çünki o, İranın müdafiə gücünə müqavimət göstərə bilməyəcəyini bilir”, - deyə qeyd edib.

Komandir Hacızadə müdafiə, raket və pilotsuz uçuş aparatları sahəsində dünyanın ən böyük gücləri arasında olduqlarını bildirib: “Bu gün biz üzən hərəkət edən hədəfləri hədəfə ala bilərik və ya inkişaf etmiş gizli pilotsuz uçuş aparatlarından istifadə etməklə istənilən nöqtədə kəşfiyyat əməliyyatları həyata keçirə bilərik”, - deyə o, açıqlama verib.

İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Hava Qüvvələrinin komandanı şəxsi heyətin inkişafı və səmərəli menecerlərin yetişdirilməsini ölkənin ən mühüm ehtiyaclarından biri hesab edərək deyib: “Bundan başqa, tənzimləyici və qanunverici qurumlar risk alma ruhunu gücləndirməli, lazımsız və ağır qanunları dəyişdirməli, ən yaxşı seçim etmək, ölkəni “məhsul mərkəzli” yola doğru hərəkət etdirmək üçün qərar qəbul edənlərin əllərini azad etməlidir”.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »