Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Netanyahuya Rəfahda əməliyyata başlamamağı tövsiyə edib
Bayden Netanyahuya Rəfahda əməliyyata başlamamağı tövsiyə edib

ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya mülki əhalinin müdafiəsi üçün dəqiq plan olmadan Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyata başlamamağı tövsiyə edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Sənəddən məlum olduğu kimi, cümə axşamı telefon danışığı zamanı Bayden və Netanyahu Fələstinin radikal HƏMAS hərəkatı tərəfindən saxlanılan girovların azad edilməsi perspektivlərini, eləcə də anklavlara humanitar yardımın çatdırılmasını müzakirə ediblər. "Prezident Rəfahdakı vəziyyətə də toxunaraq, orada mülki əhalinin müdafiəsi və dəstəyini təmin etmək üçün etibarlı plan olmadan hərbi əməliyyata başlamağın doğru olmadığını vurğulayıb", - deyə bəyanatda qeyd olunub.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə bildirib ki, mülki əhalinin müdafiəsi planı olmadan İsrail ordusunun Rəfahda böyük əməliyyatı fəlakət olardı.

Fevralın 7-də Netanyahu İsrail hərbçilərinə Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfahda döyüşlərin başlanmasına hazırlaşmaq əmri verdiyini açıqlayıb. İki gün sonra baş nazir orduya mülki əhalinin təxliyəsi və şəhərdə qalan dörd Həmas batalyonunun ləğvi üçün plan hazırlamağı tapşırıb.

2023-cü il oktyabrın 7-də Qəzza zolağından HƏMAS yaraqlılarının sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və girov götürülməsi ilə İsrail ərazisinə soxulmasından sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib. Buna cavab olaraq İsrail Qəzzanı tam blokadaya alıb və Livan, Suriya zolağına, müəyyən ərazilərinə zərbələr endirməyə başlayıb, bundan sonra anklavda quru əməliyyatına başlayıb. İordan çayının qərb sahilində də toqquşmalar baş verir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »