Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birləşmiş Ştatlar gizli hərbi rabitə peykinin hazırlanması proqramını bağlayır - "Bloomberg"
Birləşmiş Ştatlar gizli hərbi rabitə peykinin hazırlanması proqramını bağlayır - "Bloomberg"

ABŞ Kosmik Qüvvələri Amerikanın hərbi-sənaye şirkəti "Northrop Grumman"ın gizli hərbi əlaqəni təmin etmək üçün peyk hazırlamalı olduğu proqramı dayandırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Nəşrin verdiyi məlumata görə, üzərində iş 2020-ci ildə başlanan proqramın ləğv edilməsinə səbəb kimi “artan xərclər, yükün planlaşdırılmasında çətinliklər, habelə qrafikin gecikməsi” göstərilib. Müştəri keçən ay müqavilənin ləğvi barədə şirkətə məlumat verib. Nəticədə, ictimai məlumatlara görə, "Northrop Grumman"ın kosmik layihə portfeli bu ilin birinci rübündə 2 milyard dollar azalacaq.

Həm şirkətin özü, həm də ABŞ hərbçiləri məlumatın məxfi olmasını əsas gətirərək "Bloomberg"ə bu məlumatı rəsmi şərh etməkdən imtina ediblər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »