Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreyanın qəfil hücumlarının qarşısının alınması çətin olacaq - Yaponiya
Şimali Koreyanın qəfil hücumlarının qarşısının alınması çətin olacaq - Yaponiya

Koreya Xalq Demokratik Respublikası (KXDR) raket texnologiyasını inkişaf etdirərək və müxtəlif buraxılış üsullarını sınaqdan keçirməklə qəfil hücumlar etmək qabiliyyətini gücləndirir.

Bizimyol.info xəbər verir ki, bu fikri Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi mətbuat konfransında bildirib.

“Şimali Koreya keçən ayın sonundan etibarən raket buraxılışlarını artırıb. Sualtı qayıqlar və qatarlar da daxil olmaqla, müxtəlif platformalardan havaya qalxmaqla Şimali Koreya qəfil hücum imkanlarını gücləndirir”, - deyə o qeyd edib. Hayaşi vurğulayıb ki, Yaponiya tərəfi ABŞ və Cənubi Koreya ilə sıx əməkdaşlıqda KXDR ilə bağlı məlumatları toplamaq və təhlil etməkdə davam edəcək.

Yaponiya rəsmiləri əvvəllər dəfələrlə KXDR-in müxtəlif nöqtələrdən atışları təcrübədən keçirərək qəfil hücumlar təşkil etmək qabiliyyətinin inkişaf tendensiyasını qeyd ediblər. Yaponiya hakimiyyət orqanlarının fikrincə, belə hücumlar zamanı raketlərin aşkarlanması və qarşısının alınması çətin olacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »