Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayram günü yaranan “izdiham içində tənhalıq” hissi ağır psixoloji "yük"ə çevrilir...
Bayram günü yaranan “izdiham içində tənhalıq” hissi ağır psixoloji "yük"ə çevrilir...

Bayramlar bəzən insanlara məyusluq da gətirir. Emosional insanlar üçün risk xüsusilə yüksəkdir. Mütəxəssislərin fikrincə, ilk risk gözləntilərinizlə bağlıdır. Əgər bayramları sevmirsinizsə, qeyd edəcəyiniz biri yoxdursa və ya həyatınızın bu dövründə çətin bir emosional vəziyyətdəsinizsə, sizin üçün daha ağır ola bilər.

Növbəti bir risk, bayramda hiss etdiyiniz tənhalıqdır. Tənhalıq bir sıra səbəblərə görə yarana bilər. Ünsiyyətdə istəksizlik, “izdiham içində tənhalıq” hissi, bayramın uğursuz bir mühitdə keçirilməsi və s. tənhalıq hissinin yaranmasına səbəb ola bilər.

Başqa bir risk isə, məyusluqdur. Bu emosional vəziyyət bizim möcüzələr və gözəl hədiyyələr gözlədiyimiz, lakin onları qəbul etmədiyimiz zaman baş verir.

Niyə tənhalığı bayramda daha dərin hiss edirik?

Hər bir bayram keçmiş dövrün uğurları və uğursuzluqları haqqında düşüncələrimizi özümüzdən soruşmağa sövq edir.

"Bu müddət ərzində həyatımda nə dəyişdi?"

Çox insan bu sualı özünə verir. Əgər bayramlarda depressiyaya düşməyə meyllisinizsə, başqalarına kömək edin, gəzintiyə çıxın, mühitinizi dəyişin, idman zalına gedin və sizi xoşbəxt edən şeylərlə məşğul olun.

Ruhunuz “ağır” vəziyyətdə olanda harada güc tapa bilərsiniz?

Bu, çox fərdidir. Bəzilərimiz xatirələrdən və ya xəyallardan güc alır, bəzilərimiz bunu təbiətdə, bəzilərimiz də yaradıcılıqda tapırıq.

Unutmayın ki, yalnız özümüz ruhumuzu tamamlaya bilərik.

Həmişə istədiyinizi edin. İstəklər siyahısı yazın, ziyafət təşkil edin, özünüzü şirin bir hədiyyə ilə sevindirin. Və ya bütün günü həmişə təxirə saldığınız kitabları oxumaqla və ya heç vaxt vaxtınız olmayan filmlərə baxaraq keçirin.

Bəzən bir dəqiqəlik şübhəli həzz bütün ili zəhərləyə bilər. Unutmayın ki, alkoqol, şübhəli əlaqələr heç bir fayda gətirməyəcək, ancaq məyusluq gətirəcəkdir.

Yaxınlarınız sizə məhəl qoymursa nə etməli?

Bayram günlərində bütün təəssüratlarımız təzələnir. Həm təsvirolunmaz sevinc, həm də ümidsizlik yaşaya bilərik. Bəziləri hətta ailəsinə belə xoş sözlər söyləməkdə çətinlik çəkirlər. Sevdiklərimizlə ünsiyyət olmadıqda pozitivliyi itiririk.

Əslində, çox vaxt bayram depressiyasının səbəbi emosional məyusluq deyil, fiziki tükənmədir. Bayram yaxınlaşdıqca, bədən keçmiş təcrübələri xatırlayır və daha çox stresdən qaçmağa çalışır.

“Tərk olundum” kimi hiss etmədən bayramı necə keçirə bilərsiniz?

Bunu etmək çox asandır. Sizə həqiqətən ehtiyacı olanları tapın, onlara zaman ayırın.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »