Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tbilisidə yeni qanun layihəsinə etiraz edənlər Rusiya bayrağını cırıblar
Tbilisidə yeni qanun layihəsinə etiraz edənlər Rusiya bayrağını cırıblar

Tbilisidə parlamentin yaxınlığında xarici agentlərlə bağlı qanun layihəsinə qarşı keçirilən etiraz aksiyasının iştirakçıları Rusiya bayrağını cırıblar.

Bizimyol.info xəbər verir ki, bu barədə Rusiya mətbuatı hadisə yerindən verdiyi məlumatda bildirib.

Parlamentin xidməti girişində olan etirazçılar əvvəlcə qanunverici orqanın darvazasına bayraq asaraq yandırmaq istəyiblər. Yanğın nəticəsiz qaldıqdan sonra onlar bayrağı yenidən darvazadan çıxarıb, cırıb yerə atıblar.

Gürcüstanın müxalifət siyasətçiləri, eləcə də ölkə prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanun layihəsini “Rusiya qanunu” adlandırırlar.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Gürcüstanın xarici agentlər haqqında qanun layihəsini Rusiya ilə əlaqələndirmək cəhdlərini absurd adlandırıb. Onun sözlərinə görə, indi demək olar ki, bütün ölkələrdə xarici agentlərə məhdudiyyətlər haqqında qanunlar qəbul edilir, çünki heç kim onların işlərinə xarici müdaxiləni istəmir.

Çərşənbə günü axşam bir neçə min insan parlament qarşısında etiraz aksiyası keçirib. Bir anda mitinq polislə toqquşmaya çevrilib. Nümayişçilərdən bəziləri 9 Aprel küçəsində parlamentin xidməti girişində mövqe tutaraq darvazaları yelləməyə başladılar. Qanunvericilik binasının həyətində yerləşən xüsusi təyinatlılar onlara qarşı gözyaşardıcı və bibər qazından, eləcə də su şırnaqlarından istifadə etməyə başlayıb. Aksiya iştirakçıları da bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, butulka və fişənglər atılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »