Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran və Pakistan sərhəddində yaşanan "toqquşma"nın səbəbi "su müharibəsi" deyildi" - Video
"İran və Pakistan sərhəddində yaşanan "toqquşma"nın səbəbi "su müharibəsi" deyildi" - Video

“Belucilər, bir çox ölkənin kəşfiyyat xidmətlərinin razılaşma içərisində olduğu bir hərəkatdır. Pakistanda da, İranda da istifadə olunur. İran Orta Şərqdə çox ciddi bir əməliyyat aparır. İran Suriyada, İraqda, Livanda, Fələstində, Yəməndə - hər yerdə mövcuddur. Hətta, 2017 Səudiyyə Ərəbistanında ortalığı qarışdırdılar. Bunun eynisinin özünə ediləcəyini bildiyi üçün qabaqlayıcı tədbirlər gördü. Pakistana dedi ki, "səninlə eyni masada oturaq, bir-birimizə zərərimiz dəyməsin". İmran Xan həbs edildikdən sonra Pakistanda da bir siyasi qarışıqlıq var. Və ora da müdaxilələrə açıq vəziyyətə gəldi. Onlar bir şəkildə potensial problemləri qabaqladılar. Bu da müəyyən "qarşıdurma"ya bəhanə oldu. Bəli, bu NATO məsələsi idi, su məsələsi deyildi”.

Bu barədə Bizimyol.info xəbər portalına Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələrdən məsul rektor müşaviri, təhlükəsizlik eksperti İhsan Alpargın danışıb. Politoloq qeyd edib ki, digər enerji xətti layihəsi də budur ki, Pakistandan Əfqanıstan üzərindən keçərək bir elektrik ixracı yolu seçilmişdi. Bununla bağlı da ciddi işlər var. Buna problem yaratmaq istəyənlər təbii ki, olacaq.

Bahçeşehir Universitetinin Türk dünyası ilə əlaqələrdən məsul rektor müşaviri, təhlükəsizlik eksperti İhsan Alpargın İhsan Alpargın

İhsan Alpargının fikrincə, həmin bölgədə anlaşmazlıq olması normaldır.

“Ən azından bu dövrdə qarşısını ala bildilər”-deyə İhsan Alpargın vurğulayıb.

İhsan Alpargının xüsusi video müsahibəsini Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında izləyə bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »