Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası regionu tərk etdiyi zaman sabitlik yaranacaq"
"Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası regionu tərk etdiyi zaman sabitlik yaranacaq"

Rusiya Xarici işlər nazirinin müavini Mixail Qaluzin maraqlı açıqlamalar verib. Mixail Qaluzin qeyd edib ki, Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası artıq şübhəli məqsədlər daşıyır və yarıhərbi əməliyyata çevrilib. Qaluzinin sözlərinə görə, missiya açıq-aşkar təxribat xarakterli fəaliyyət göstərir, tam şəkildə anti-Rusiya təbliğatı ilə məşğul olur və Ermənistan cəmiyyətində Avropa İttifaqının "Ermənistan üçün təhlükəsizlik və rifah mənbəyi" kimi olması barədə yanlış fikirlər aşılayır. “Üstəlik, Aİ üzvlərinin fəaliyyəti getdikcə daha çox anti-Azərbaycan və anti-İran xarakter alır”, - deyə Qaluzin bildirib.

Politoloq İlyas Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqının Ermənistanda yerləşən missiyası dəfələrlə bildirdiyimiz kimi çox şübhəli işlər ilə məşğul olur və yaranan proseslərə müdaxilə etmir. Şərti sərhəddə atəş səsləri eşidiləndə atəşkəs rejimi pozulanda reaksiya vermir. Baxmayaraq ki, binokllar ilə patrullar həyata keçirirlər, müxtəlif monitorinqlər icra olunur.

İlyas Hüseynov İlyas Hüseynzadə

Politoloq qeyd edib ki, artıq Rusiya tərəfi də buna qarşı öz etirazını bildirir. Çünki Avropa İttifaqının Ermənistan ərazisində bu missiyası yalnız Avropa ailəsinə aid olan iddiaların yaxşı həyat tərzinin, yüksək gəlirin firavan həyatın təbliğatı ilə məşğuldur.

İlyas Hüseynovun fikrincə, şübhəsiz ki, bu antiterror ritorikası mənasını verir və eyni zamanda Rusiyanın maraqlarına zərbə vurmaq məqsədi daşıyır. Müxtəlif layihələr hesabına geopolitik ambisiyalar icra olunur. Rusiyanın dayaqlarının zəiflədilməsi işi aparılır.

“Rusiya rəsmiləri buna reaksiya verirlər. Avropa İttifaqının dağıdıcı və pozucu fəaliyyətini tənqid edirlər”- deyən politoloq bildirib ki, Azərbaycan da baş verən bu proseslərin qarşısında susmur, öz etiraz səsini ucaldır. Çünki Avropa İttifaqının missiyası elə Azərbaycanla Ermənistan sərhəddində yerləşir.

Politoloqun fikrincə, demək olar ki, bütün perimetr boyunca onların bu fəaliyyəti hiss olunmaqdadır. Ona görə də Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyətinə də heç bir lüzum olmayacaq.

İlyas Hüseynov qeyd edib ki, bunun üçün Azərbaycan ilə Ermənistan sərhədlərinin derimitasiyası, sonrakı mərhələdə də demorkasiyası önəmlidir. Anklavların və eskovların gələcəyinin müəyyənləşdirilməsi bu prosesə təkan verə bilər.

Politoloq bildirib ki, Azərbaycan ilə sərhəddə olan kəndlərin nəzarətimizə verilməsi və eləcə də sərhəd dirəklərinin basdırılması, bölgənin minalardam təmizlənməsi bu prosesin əsas nəticəsi hesab oluna bilər.

“Yaxşı olardı ki, bu missiya regionu tərk etsin. Regional sabitliyə də zərbə vurmasın”-deyə politoloq vurğulayıb.

İradə Cəlil,Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »