Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
31 may-2 iyun tarixlərində regionun ən böyük oyun tədbiri "GameSummit Baku 2024" keçiriləcək
31 may-2 iyun tarixlərində regionun ən böyük oyun tədbiri "GameSummit Baku 2024" keçiriləcək

Mayın 31-dən iyunun 2-dək Crystal Hall-da regionun ən böyük oyun festivalı olan "Game Summit Baku 2024" adlı tədbirin keçirilməsi planlaşdırılır.

Sammitin rəsmi media tərəfdaşı Bizimyol.info portalı xəbər verir ki, tədbirdə ən müasir virtual reallıq və simulyasiyaya xüsusi diqqət yetiriləcək. Ən son oyun yenilikləriyerli oyun tərtibatçılarının nailiyyətləri və qlobal eSports turniri də vurğulanacaq.

Regionun ən böyük oyun festivalında Biznes Günü, ESports Günü, həmçinin kospley və konsertlərdən təşkil olunacaq.

Ziyarətçilər NESSEGA və PlayStation 1 kimi əfsanəvi konsolların vasitəsilə retro oyunları oynayarkən keçmişin nostaljisini yaşamaq  və virtual reallığa qərq olmaq imkanı əldə edəcəklər.

"GameSummit Baku 2024" oyun festivalındahəmçinin tədbir ziyarətçilərinin də iştirak edə biləcəyi kospley yarışması keçiriləcək. Eyni zamanda festivalda iştirak edənlər oyunanime və digər kateqoriyalara aid geyimləri nümayiş edə biləcəklər.

Son xəbərlər
Bütün xəbərlər »