Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Cozef Borelin qərəzli və əsassız bəyanatı, Qərbin Ermənistan təəssübkeşliyinin növbəti göstəricisidir"
"Cozef Borelin qərəzli və əsassız bəyanatı, Qərbin Ermənistan təəssübkeşliyinin növbəti göstəricisidir"

Avropa Şurası Parlament Assambleyasının sessiyasında almaniyalı deputat Frank Şvabe Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinə xitam verilməsini istəyib. AŞPA-nın rəsmi saytının verdiyi məlumata görə, Şvabe Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinə xitam verilməsinə əsas kimi ölkədəki siyasi məhbusların problemlərini göstərib; insanların Qarabağdan məcburi köçürülməsi; Assambleyanın məruzəçilərinin 2023-cü il ərzində ən azı üç dəfə Azərbaycana səfər edə bilməməsi; eləcə də AŞPA-dan ölkədə fevralın 7-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dəvətin olmaması olub. Alman parlamentariyə Daimi Sərəncamların tələb etdiyi kimi Assambleyanın ən azı otuz üzvü, ən azı beş milli nümayəndə heyətinin üzvləri dəstək verib. Çağırış hesabat üçün dərhal Monitorinq Komitəsinə və rəy üçün Daimi Sifarişlər Komitəsinə göndərilib və sabah Assambleyada müzakirə olunacaq. Daimi Sərəncamlara əsasən, Assambleya üç variantdan birinə səs verməlidir: nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etmək, onları ratifikasiya etməmək və ya üzvlərin müəyyən iştirak və ya təmsilçilik hüquqlarından məhrum edilməklə və ya dayandırılmaqla ratifikasiya etmək. Azərbaycan nümayəndə heyətinin üzvləri Assambleya qərar qəbul edənə qədər Assambleyanın digər üzvləri ilə eyni hüquqlarla müvəqqəti otura bilərlər, lakin onların səlahiyyətlərinin yoxlanılması ilə bağlı hər hansı prosesdə səs vermək hüququ yoxdur.

Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Avropa İttifaqının bizə qarşı qərəzli hərəkətlərini və qərəzli təkliflərini gözləyirdik.

Politoloq Elşad Həsənov Elşad Həsənov

“Elə Cozef Borelin Azərbaycana qarşı səsləndirdiyi əsassız bəyanatın özü, onların nə dərəcədə qeyri-obyektiv olduğunu göstərir. Ermənistan özünün rəsmən elan elədiyi kimi Qarabağdan 100 min erməni köçüb gedib. Ancaq Cozef Borel bunu 150 minə qaldırıb. O, bu rəqəmi 50 min də artırıb. Yəni onlar bu qədər Azərbaycana qarşı ifrat mövqe sərgiləyirlər. Onlar Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsini və 44 günlük müharibədə qələbə çalmasını qəbul edə bilmirlər. Cənubi Qafqazda sülhün olmasını istəmirlər və burada yeni müharibənin alovlanmasını istəyirlər"- deyən politoloqun fikrincə, Azərbaycana qarşı aparılan bu işlər bizim Avropa İttifaqının dedikləri ilə razılaşmamağımızın nəticəsidir.

“Keçən ilin ortalarında Avropa İttifaqı birtərəfli qaydada xüsusilə də Fransanın təhriki ilə Ermənistanı dəstəkləyib. Bu səbəbdən də Azərbaycan Qranada görüşünə getməkdən imtina etdi. Bununla da münasibətlər sərinləşməyə başladı”-deyən politoloq bildirib ki,

Amerika hazırkı dövrdə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün ciddi reaksiya göstərir.

Elşad Həsənov hesab edir ki, Avropa İttifaqının Azərbaycana qarşı səsləndirdiyi bu fikirlər Fransa Azərbaycanın 44 günlük müharibədə qələbəsini, lokal antiterror əməliyatından sonra ermənilərin oradan çıxıb getməsini heç cürə qəbul edə bilmədiyi üçün yaranır. Bu səbəbdən də, Azərbaycana qarşı belə sanksiyalar tətbiq olunmasını istəyir

“88-90-cı illərdə Ermənistandan 250 mindən çox azərbaycanlı çıxarılanda, öldürüləndə əcaba siz haradaydınız, “ay demokratiyadan dəm vuran Avropa, Amerika?” BMT-nin 4 qərarı oldu ki, azərbaycanlıların torpaqları qaytarılsın. Azərbaycan torpaqları işğaldan azad edilsin. Avropa İttifaqı hansı qərarlar qəbul etdi? Hansı sanksiyalar tətbiq olundu? Baxmayaraq ki, Azərbaycan dəfələrlə bildirdi ki, Ermənistana qarşı sanksiyalar tədbiq olunsun, heç nə edilmədi. Yenədə ikili standartlar, yenə də xristian təəssübkeşliyi… Və bu gün Azərbaycana qarşı belə davranışlar sərgilədilər”-deyə Elşad Həsənov əlavə edib. O, hesab edir ki, Azəraycan nümayəndə heyətininin səlahiyətlərinin dondurulması və onların səs vermə hüququndan məhrum edilməsi də oluna bilər.

“Olsun, biz onların belə işlərinə onların pis əməllərinə daim cavabımızı verəcəyik. Biz onların dediyi, Azərbaycan xalqının manefenə zidd olan hərəkətləri etməyəcəyik. Biz Ermənistan torpaqlarını işğal etməmişik, biz öz torpaqlarımızı işğaldan azad etmişik. Və buna görə də, Ermənistanın havadarları olan Fransa və Almaniya bizə qarşı belə siyasət sərgiləyirlər. Keçən il Avropa İttifaqı Ermənistana müşahidə missiyası göndərdi. Onların da əksəriyyəti fransızlar idi və 3/1 -i də almanlardan ibarət idi. Onlar keçmiş kəşfiyatçılar və hərbiçilər idi. Yenə də Fransanın istəyi ilə onların sayını 1500-ə çatdırdılar”-deyən Elşad Həsənov hesab edir ki, bunların apardığı siyasət Ermənistanı silahlandırmaqdır. Fransa Qarabağdan gedən 7 mindən artıq silahlı quldur dəstəsinin üzvlərinə orada hərbi təlimlər keçir və onların Azərbaycana qarşı yenidən hücuma hazırlaşmalarını istəyirlər. Yəni Cənubi Qafqazda sülhün deyil, müharibənin olmasını istəyirlər.

“Biz isə öz torpaqlarımızı işğaldan azad etmişik. Biz artıq quruculuq və bərpa işləri aparırıq . Eyni zamanda təbii ki, biz də ölkəmizdə ordumuzun güclənməsi üçün müvafiq attımlar atırıq. Bizə qarşı olacaq, hər hansı bir təxribatın, hər hansı bir hücumun qarşısı dərhal qətiyyətlə alınacaq.

Azərbaycana qarşı Avropa İttifaqının qəbul etdiyi bütün qərarlar beynəlxalq hüquqa ziddir və Azərbaycanın mənafelərinə zidd olduğuna görə də onları tanımaqdan imtina edəcəyik. Ona görə də biz Avropanın, Avropa İttifaqının qərarlarına, bizə qarşı olan qarayaxma kampaniyasına qarşıyıq. Və onların cavablarını bütün platformalarda verməyə davam edəcəyik”-deyə Elşad Həsənov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »