Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Toydan sonra nağara"... "Baş Plan sənədsiz ev, pərakəndə tikili və köçürülmələrin taleyinə cavab verməlidir"
"Toydan sonra nağara"... "Baş Plan sənədsiz ev, pərakəndə tikili və köçürülmələrin taleyinə cavab verməlidir"

Ötən həftələrdə Bakının Baş Planı təqdim edildi. Baş Planda müəyyən vəzifələr və öhdəliklər nəzərdə tutulub. Maraqlısı budur ki, Bakını tikib "bitirdikdən" sonra Baş Plan təqdim edilib. Buna el arasında “toydan sonra nağara” deyilir...

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Bizimyol.info xəbər portalına bildirib ki, əslində uzun müzakirələrdən sonra Bakı şəhərinin Baş Planının təsdiq edilməsi müsbət haldır və təqdirəlayiqdir.

Vüqar Tofiqli Vüqar Tofiqli

“Güman edirəm ki, orada əsas prinsiplər qeyd olunub. Mərkəzi rayonun, regional mərkəzlərin və digər mərkəzlərin də bir neçə altqrupları yer alıb. Müəyyən dövrün standartlarına və tələblərinə cavab verən bir baş plan hazırlanıb. Bu prosesin icrası ilə bağlı kifayət qədər böyük məbləğin xərclənməsi nəzərdə tutulub.

Baş Planda Xırdalanın, Sumqayıtın adı çəkilir. Həqiqətən Bakı Şəhərinin Baş Planında Xırdalanın, Sumqayıtın rolu hansı formada olacaq? Əgər Xırdalan alt mərkəzi kimi Bakının baş planına salınıbsa, demək onda belə çıxır ki, Xırdalan da Bakının inzibati ərazisinə daxil edilməlidir. Və yaxud Sumqayıt regional mərkəz kimi qeyd edilib. Onun adı Bakının Baş planına salınıbsa, belə çıxır ki, onda Sumqayıtla Bakının birləşmə məsələsi belə ola bilər. Bu kimi çox sayda sual var”-deyə Vüqar Tofiqli əlavə edib.

Vüqar Tofiqli Bakının Baş Planında danışarkən daha vacib bir məqama “sənədsiz evlər” mövzusuna da toxunub:

“Sənədsiz evlər bu layihədə - Baş planda necə əksini tapacaq? Eyni zamanda alt mərkəz kimi Mərdəkan göstərilib. Bu gün Mərdəkan, Şüvəlan, Qala və Şağan ümumiyyətlə birləşib. Bunun bölünməsi necə həyata keçirilirə bilər? Belə çıxır ki, bunların inzibati ərazi kimi bölünməsi də ola bilər. Əgər inzibati ərazi kimi birləşdiriləcəksə, o zaman bələdiyyələrin aqibəti necə olacaq? Regional mərkəz kimi göstərilməsə də, bu gün Binə qəsəbəsində 160000 əhali yaşayır. Burada evlərin az qala 90 faizi sənədsizdir. Pay torpaqlarında salınmış şəhərçikdir. Bu torpaqlaırn təyinatının dəyişdirilməsi, o cümlədən onların sənədlərinin verilməsi, o cümlədən onun artıq pərakəndə formada tikilmiş evlərin və küçələrin aqibəti necə olacaq? Baş Planda bu suallara cavab verilsəydi yaxşı olardı”.

Vüqar Tofiqli eyni zamanda Bakıda sıxlığın azaldılması üçün təqdim edilən layihələrin olub-olmamasının da maraqlı olduğunu qeyd edib.

“Bakıda olan universitetlərin, mərkəzi icra orqanlarının bir çoxunun şəhərdən kənara köçürülməsi, bununla da sıxlığın aradan qaldırılması nəzərədə tutula bilər”-deyən Vüqar Tofiqli Baş Planı təqdirəlayiq hesab edir.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »