Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kərki kəndinin işğalından 34 il keçir... "İşğal ediləndən sonra adı dəyişdi, azərbaycanlılar didərgin düşdü"
Kərki kəndinin işğalından 34 il keçir... "İşğal ediləndən sonra adı dəyişdi, azərbaycanlılar didərgin düşdü"

Naxçıvanın Kərki kəndinin işğalından 34 il keçir. Ermənilər 34 il əvvəl 20 Yanvar hadisəsi ərəfəsində Kərki kəndini işğal edirlər. Kərkinin işğalından sonra Naxçıvan Ali Soveti fövqəladə sessiya keçirir, SSRİ-nin tərkibindən ayrılmaqla bağlı qərar qəbul edilir. Və bu qərar Naxçıvan televiziyasında 7 dildə yayımlanır. Ermənilər Kərkini işğal etdikdən sonra adını dəyişdirib Tiqarneşen qoyurlar. Kərkidən didərgin düşmüş azərbaycanlılar Kəngərlidə yeni salınmış Yeni Kərki kəndində məskunlaşırlar. 2020-ci ildə Azərbaycan 44 günlük müharibədə torpaqların işğaldan azad edir. Naxçıvanın Kərki kəndi hələ də düşmən tapdağı altındadır…

Politoloq İlyas Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 1990-cı ildə 19 yanvar tarixində Kərki işğal olunmuşdu. Onun sözlərinə görə, bu hadisə baş verdikdən sonra Ermənistan geniş şəkildə öz işğalçılıq planlarını icra etməyə başladı.

İlyas Hüseynov İlyas Hüseynzadə

“Bir-birinin ardınca Azərbaycan əraziləri işğal olunurdu. Dünya birliyi buna susurdu. Və region dövlətlərinin bəziləri də buna dəstək verirdilər. Eyni zamanda xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra, məhz Kərki də daxil olmaqla, digər anklavların qaytarılmasına dair konkret fikir ortaya qoyulmuşdu. Azərbaycan prezidenti anklavların hələ də işğalda qalması və 8 kəndin işğal altında olmasını bir neçə dəfə mötəbər görüşlərdə qeyd edib. Bu məsələ də öz həllini tapmalıdır”-deyən politoloq əlavə edib ki, sərhədlərin müəyyənləşdirilməsi, demarkasiyası və delimitasiyası prosesi çərçivəsində anklavlar da mübadilə edilməlidir.

İlyas Hüseynovun fikrincə, burada iki ssenari vardır. Birincisi anklavların dəyişdirilməsi, ikincisi mövcud vəziyyətin saxlanılmasıdır.

“Bu, bir qədər çətin və vaxt aparan bir proses olsa da, bunu icra etmək önəmlidir. Xəritələr mövzusu da bu gün mübahisə predmetinə çevrilməkdədir. Lakin beynəlxalq səviyyədə tanınmış Azərbaycan sərhədləri çərçivəsində Kərki və eləcə də Qazaxın 7 kəndini Azərbaycana qaytarılmalıdır”-deyə politoloq əlavə edib.

İlyas Hüseynov hesab edir ki, bu tələb ədalətli olmaqla yanaşı, həm də beynəlxalq hüquqa söykənir.

“Əminəm ki, 1990-cı ildə işğala məruz qalan Kərki Azərbaycana birləşəcək, bütünləşəcək və yenidən orada azərbaycanlılar yaşayacaq.

Bununla bağlı 3 ildən çoxdur ki, diplomatik təmaslar, danışıqlar və görüşlər həyata keçirilir”-deyə politoloq vurğulayıb.

İradə Cəlil, Bizmyol.info

Son xəbərlər
Bütün xəbərlər »