Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"NATO standartlarına uyğun Türkiyə ordusu ilə təlimlərimiz iki dövlətin hərbi birliyinə güc qatır"
"NATO standartlarına uyğun Türkiyə ordusu ilə təlimlərimiz iki dövlətin hərbi birliyinə güc qatır"

"Xarici siyasətdə qardaşlıq-dostluq məfhumu olmur. Bütün məsələlər ümumi maraqlardan doğur. Lakin Azərbaycan və Türkiyə arasında münasibət “bir millət, iki dövlət” prinsipinə uyğun olaraq, daimi olub və bu istiqamətdə də inkişaf edir. Əsas məqam da ondan ibarətdir ki, biz həm iqtisadi, həm siyasi, həm hərbi, mədəni, mənəvi cəhətdən də bir-birimizə dəstək olan dövlətlərik. Türkiyə böyük beynəlxalq tribunalarda daim Azərbaycana dəstək olub və Azərbaycanın sözünü deyib. Eyni zamanda Azərbaycan da daima Türkiyənin dəstəkçisi olub və bir sıra məsələlərdə, hətta böyük problemlərin həllində vasitəçilik missiyasını üzərinə götürüb"

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Arzu Nağıyev danışıb.

Arzu Nağıyev Arzu Nağıyev

“Məlumdur ki, biz strateji tərəfdaşıq. Bir-birimizin ərazi bütövlüyümüzü dəstəkləməklə bərabər, eyni zamanda müvafiq imzalanmış sənədə uyğun olaraq, bir-birimizin ərazi bütövlüyümüzü və suverenliyimizi qorumalıyıq. Bunu rəsmi şəkildə qeyd etmişik.

Digər məsələ ondan ibarətdir ki, sadə məsələlərin həllində də bu gün istər Qarabağ ərazisində dinc quruculuq işlərinin aparılmasında, Türkiyədə baş vermiş zəlzələ ərazisində Azərbaycanın gördüyü işlər və s. bir-birimizə dəstək oluruq”-deyən deputat vurğulayıb ki, biz həm də, iqtisadi cəhətdən də bir-birinə dəstək olan kömək olan dövlətlərik.

Arzu Nağıyevin fikrincə Azərbaycanla Türkiyənin bir-birini dəstəkləməsi göz önündədir. Bu, həm də, iki dövlət başçısının bir-birinə olan münasibətindəndir. Türk Dövlətləri Birliyində birgə olmaq da çox mühim məsələdir.

“NATO standartlarına uyğun Türkiyə Cümhuriyyəti ordusu ilə (Azərbaycan da bu formaya keçməyə başlamışdır) bizim birlikdə təlimlərimiz, digər məsələlər həmişə iki dövlətin bir-biri ilə necə dost olmasının bariz nümunəsidir. Cənab prezident çıxışında da “əgər hər hansı 1 problem yaranarsa, ilk növbədə biz qardaş Türkiyəyə müraciət edə bilərik, onunla danışa bilərik” məsələsi də çox mühim bir çağırış, bəyanat idi”-deyə Arzu Nağıyev qeyd edib ki, artıq dost-düşmən özü üçün ciddi nəticələr çıxarmalıdır.

“Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir və ən yüksək səviyyədə davam edəcəkdir. Biz “bir millət iki dövlət” prinsipindən çıxış edirik”-deyə deputat fikrini yekunlaşdırıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »