Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özünü "aqressiv" hesab etməyən məhkum məhkəmənin üzərinə atılıb - Video
Özünü "aqressiv" hesab etməyən məhkum məhkəmənin üzərinə atılıb - Video

Azad edilməsi tələbi rədd edilən müttəhimin hücumu nəticəsində ABŞ hakimi və məhkəmə məmurunun yaralanması ABŞ mediasında diqqət çəkib.

Bizimyol.info xəbər verir ki, hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb.

Hadisə çərşənbə günü günorta saatlarında Klark Dairə Məhkəməsində baş verib. Sosial mediada sürətlə yayılan və ABŞ kanallarında yayımlanan videoda hakim Meri Kay Holthusun Deobra Redden adlı məhbusun sınaq tələbini rədd edərək ona həbs cəzası verməyə hazırlaşdığını bildirilir.

ABŞ mediası bildirir ki, ötən il beysbol zopası ilə bir şəxsə hücum etdiyi üçün həbs edilən məhbusun əvvəlki məhkəmə iclasında günahını etiraf edib.

Məhkəmə zalından əldə edilən görüntülərdə ağ sviter və tünd şalvar geyinən Redden vəkilinin yanında dayanaraq hakimdən ona qarşı cəzanın yumşaqldımasınıi xahiş edir. “Mən aqressiv insan deyiləm”, - deyən məhbus özünü nə qədər çətin olsa da, doğru olanı etməkdən əsla vaz keçməyən biri kimi təqdim edib və həbsxanaya düşməyə layiq olmadığını bildirib.

Reddenin vəkili də hakimdən müvəkkilinin sınaq müddətini təmin etməsini istəyib, lakin hakim Holthus vəsatətə: “Məncə, onun başqa bir həyatın dadına baxmaq vaxtıdır”, - deyərək cavab verib.

Hakim onu ​​mühakimə edən hökmü elan etdikdən sonra 30 yaşlı məhbus söyüş söyərək ayağa qalxıb, qolları və ayaqları açıq şəkildə kürsünün üstündən hakimin üzərinə tullanıb.

Görüntülərdə hakim Holtusun oturduğu stuldan yerə yıxıldığı və mühafizəçilər onu saxlamağa çalışarkən adamın dəfələrlə ona yumruq vurduğu görünür.

Hadisə şahidlərinin sözlərinə görə, müttəhimi nəzarətə almağa çalışan məmur alnının kəsilməsi və çiyninin çıxması səbəbindən xəstəxanaya aparılıb.

Səlahiyyətlilər hakimin yüngül xəsarət aldığını açıqlasa da, məhkəmədən verilən açıqlamada: "Müttəhimi saxlayan hər kəsin qəhrəmancasına davranışını təqdir edirik. Bütün protokollarımızı nəzərdən keçiririk, həmçinin, ictimaiyyəti və məhkəmə sistemindəki işçilərimizi qorumaq üçün nə lazımdırsa edəcəyik", - deyə qeyd edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »